Bu meyvə təzyiqi tez aşağı salırmış


Həkimlər hipertoniya riskini azaldan ən yaxşı meyvəni müəyyənləşdiriblər.

bu-meyve-tezyiqi-tez-asagi-salirmis
04.08.2020 22:40 1 dəq oxuma

Quava meyvəsinin şirəsi təzyiqi sürətli şəkildə aşağı salır. 

“Quava hipertoniyası olan insanlar üçün əla səhər yeməyidir. Bu meyvədə damarları genişləndirmə effekti verən böyük miqdarda C vitamini var”, - diyetoloq Sara Brüer bildirib.

Həkimlərin sözlərinə görə, quavadan gündəlik qidalanma təzyiqi 7,5-8,5 mm civə sütunu aşağı sala bilər.

Bundan başqa, quava zərərli xolesterin səviyyəsinin 7% azalmasına səbəb olur.

“Quava C vitamini, antioksidant və kaliumun ən yaxşı mənbəyidir. Səhər quava ilə qidalanın, meyvə salatlarına əlavə edin, şirəsini için. Meyvəni alarkən onun şirinləşdirilmədiyinə diqqət yetirin”, - S.Brüer əlavə edib. (Report)