Artıq çəkidən, piylənmədən əziyyət çəkənlər bu meyvələri mütləq yesinlər.
TurpKimi.com xəbər verir ki, meyvələrin çoxunda bol miqdarda təbii şəkər olduğundan artıq istehlak edildikdə bədəndə yağın toplanmasını artırır. Ancaq bəzi meyvələr yağların əriməsini sürətləndirir.
Avakado (Amerikan armudu)
Omeqa 9 yağ turşuları baxımından zəngin olan avakado metabolizmanı sürətləndirir və yağların enerjiyə çevrilməsinə kömək edir.
Kokos (Hind qozu)
Kokos ağacında bol miqdarda triqliseritlər qaraciyərin metabolizm sürətini 30 faiz artırır. Bundan başqa insanı tox saxlayır.
Limon
Qaraciyəri təmizləyən limon vücudu alkalizə etməyə, təmizləməyə kömə edir. Qaraciyər sağlamlığına yaxşı təsir etdiyinə görə, bədənin yağları həzm etmə və yandırma sürətini artırır.
Qreyfrut
Bir çox tədqiqatda göründüyü kimi, qreyfrutun yağların məhv edilməsində böyük rolu var. Cons Hopkins Universitetinin mütəxəssislərinə görə gündə 1 ədəd qreyfrut yeyən qadınlar həyatlarında heç bir dəyişiklik etmədən 13 həftənin sonunda 1 kilo arıqlamışdılar.
Pomidor
C vitamini anbarı olan pomidor, amin turşu istehsalını dəstəkləyir. Araşdırmalar bu amin turşulardan bəzilərinin yağ yandırma gücünü artırdığını göstərir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com