Təbii qidalanaraq artıq çəkidən azad olmaq mümkündür. Ümumiyyətlə, təbii və sağlam qidalanan insanlarda artıq çəki problemi olmur.
Ancaq artıq çəkidən əziyyət çəkənlər və arıqlamaq istəyənlər qida rasionlarına xüsusilə bu meyvələri əlavə etsələr istədikləri nəticəni daha tez əldə edəcəklər.
Elə meyvələr var ki, orqanizmdə artıq yağların əriməsinə kömək edir. Maddələr mübadiləsini sürətləndirir, ən dərin piy qatlarına nüfuz edərək yağların parçalanmasını tezləşdirir.
TurpKimi.com orqanizmdəki yağları əridən super qidalar haqda maraqlı məlumatları oxucuları ilə bölüşür.
Kivi - qida dəyəri yüksək olan meyvələr siyahısındadır. Hər kivi meyvəsində yüksək miqdarda lif, E, C vitamini və folat var. Araşdırmalara görə bu meyvələrdən həftədə ən azı iki dənə yemək göbək yağını yandırmağa və bel ölçünüzü kiçiltməyə kömək edə bilər. Bəhs edəcəyimiz bu meyvələrin qlisemik indeksləri aşağıdır. Bu xüsusiyyəti diabetdən əziyyət çəkənlər üçün də faydalıdır. Kivi yeməklə yaxşı xolesterolu yüksəldə, yüksək təzyiqi aşağı sala biləcək və bağırsaq sağlamlığına fayda verəcəksiz. Ürək xəstəlikərinə tutulma riski yüksək olanlarda da rasiona kivini əlavə etməkləri məsləhət görülür.
Qreyfrut
Bu ləzzətli meyvə C vitamini və A vitamini baxımından zəngindir. Hər gün yeyildikdə bel ətrafındakı yağların əriməsinə və qan təzyiqinin tənzimləmənizə kömək edir. Qlisemik indeksinin aşağı olması onu diabetdən əziyyət çəkənlər üçün ideal qidaya çevirir. Sitrus bitkiləri içərisində ən çox lif məzmununa malikdir. Turş dadından narahat olanlar salatlara qata, ya da şirəsini istehlak edə bilərlər.
Avokado
Avokadanın tərkibində yağ turşuları və liflər çox olduğundan çəki atmağa kömək edir. Avokadoda tez bir zamanda verilən çəkinin geri dönməsinə mane olmaq xüsusiyyəti var. Avokado uzun müddət tox tutur, iştahı azaldır. Bu meyvə yüksək xolesterolla mübarizə aparır və ürək xəstəliklərindən qoruyur.
Alma
Alma yüksək lifli, aşağı kalorili ideal kilo vermə meyvəsidir. Araşdırmalara görə tərkibində olan zəngin polifenollar yağlarla və sərbəst radikallarla mübarizə aparmasına kömək edir. Naharda və ya günorta yeməyində alma yeməklə gün ərzində özünüzü aktiv hiss edə bilərsiz. Alma yemək oyaq qalmağın kafeinsiz yoludur. Alma ilə iştahanı azalda və aclığa qalib gələ bilərsiniz.
NAR
Nar antioksidantla zəngin qida qaynağıdır. Nar iltihabla mübarizə aparır və şiş əleyhinə təsir göstərir. Aparılan son araşdırmalarda narın orqanizmdəki artıq yağlara parçalayıcı təsir göstərdiyi sübut edilmişdir. Narın tərkibində olan polifenol və flavonoidlər onun təsirini daha da gücləndirir. Nar metobalizmanı gücləndirir, narın dənələri isə orqanizmdə qan dövranını artırır. Bu meyvə LDL xolesterol səviyyəsini aşağı salır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com