Daha bir ölkədən sevindirici xəbər...
Dünyada iki milyondan çox insanın koronavirusa yoluxduğu halda Qrenlandiya itkisiz infeksiyaya qalib gəldiyini bəyan edib.
Bu barədə “Worldometers.info” saytında yerləşdirilən statistik məlumatda deyilir.
Aprelin 4-dən bu günə kimi ölkədə virusa yeni yoluxma qeydə alınmayıb. Qrenlandiyada koronavirus diaqnozu qoyulmuş 11 nəfər isə artıq sağalıb.
Virusun yayılması müddətində Qrenlandiyada 900 nəfər tibbi yoxlanışdan keçib. Ölkədə COVID-19 infeksiyasına ilk yoluxma martın 16-da qeydə alınıb.
Qrenlandiya Danimarka krallığının tərkibində olan muxtar vilayətdir. Qrenlandiyanın baş naziri Kim Kilsen faktı təsdiqləyib. O, yeni yoluxma hallarının olmayacağı təqdirdə ölkə paytaxtının tədricən açılışı haqqında bildirib.
Qeyd edək ki, Qrenlandiya hazırda koronavirusdan ölüm hadisəsinin baş verməməsi ilə pandemiyaya qalib gələn ilk ölkədir.
Report.az / TurpKimi.com