Yaponiyada tərk edilmiş evlər 500 dollara satılır.
Dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan və yüksək inkişaf etmiş texnologiyası ilə dünyanı özünə heyran edən Yaponiyada get-gedə sahibsiz evlərin sayı artır. Son dövrdə yaşlı əhali təbəqəsinin artması və doğum nisbətinin azalması ilə sahibsiz evlərin sayında nəzərə çarpacaq dərəcədə artım var. Bu evlərin sahibləri dünyadan köçdükdən sonra varislərinin olmadığına görə tarixə çevrilir.
Bələdiyyə baxımsız və kimsəsiz evləri dirçəltmək üçün fəaliyyətə başlayıb. Eyni vəziyyət İtaliyada da müşahidə edilir. Yaponiyada tərk edilmiş evlər bələdiyyələr tərəfindən yeni alıcılarına 500 dollara satılır. Hətta satınalmadan sonra da bəzi dəstək göstərilir.
Yapon Hökumətinin 2018-ci ildə açıqladığı məlumatlara görə ölkə daxilində kimsəsiz 8 milyondan çox ev var. Bu böyük rəqəmi azaltmaq üçün dövlət hərəkətə keçir, varisi olmadığı üçün dövlət mülkiyyətinə keçən evləri münasib qiymətlərdə satışa çıxarır.
TurpKimi.com xəbər verir ki, əslində mənzil qiymətlərinin baha olmağı ilə məşhur olan Yaponiyanın Vakayama, Kochi, Tokuşima və Koquşima və Koçi kimi şəhərlərində evlərin az qala 14 faizi boşdur. Hökumət bu evləri İtaliyadakı kimi bir dollara deyil, amma Yaponiya standartları üçün uyğun bir qiymətlə - 500 dollara satışa çıxarır.
Xüsusilə gənclər qocalar evində qalan və ya həyatını itirmiş ev sahiblərinin mənzillərinə böyük maraq göstərirlər.
Yaponiya daxilində mənzil qiymətlərinin çox baha olması əsasən gənc nəslin ailə qurmağına, ya da tək yaşamağına mane olur. Ona görə də bu tip kampaniyalara gənclərin daha çox maraq göstərməsi də əslində gözləniləndir.
Hətta bəzi yerlərdə ev sahibləri qocalar evinə getməzdən və ya vəfat etməzdən əvvəl mənzilləri gənclərə pulsuz bağışlayırlar. Dövlət mülkiyyətinə keçən evlər isə 500 dollardan təklif edilir.
Okutama qəsəbəsində köhnə və tərk edilmiş evlər yeni sakinlərinə ödənişsiz olaraq verilir və bir çox yeni sahib onları yaradıcı bir şəkildə restoranlara, atelyelərə və digər məkanlara çevirir.
Okutama spikeri qeyd edib ki, bu addımla onlar həm qəsəbəni canlandırırlar, həm də yeni vergi ödəyiciləri qazanırlar.
Ötən il Nikkei Tokiodan uzaqda işləyənlərə çöl ərazilərə köçmələri üçün təşviq proqramı başladıb.
Bu təşviq proqramı çərçivəsində Yaponiyanın paytaxtı, dünyanın ən sıx iməskunlaşma şəhərlərindən biri olan Tokiodan kənarda işləyənlərə ildə 9 min dollarlıq bir hədiyyə proqramı da həyata keçirilir. Pandemiya isə bu cür proqramlara qoşulmaq istəyənlərin sayını artırıb.
Tokiodan bir az kənarda 500 dollar məbləğində ev sahibi olmaq istəyən gənc professionallar həm gözəl bir mənzildə yaşayıb, həm də müxtəlif hədiyyə proqramlarından da faydalanma imkanına nail olurlar.
Vüsalə Əlövsətqızı, TurpKimi.com