Doğuş nisbətində kəskin azalma.
İngiltərə 80 il ərzində doğuşun ən aşağı olduğu ölkə olub.
TurpKimi.com bildirir ki, bu haqda xəbəri İngiltərə Statistika Komitəsi açıqlayıb. Belə ki ölkədə hər min nəfərdən sadəcə 11-i uşaq sahibi olur.
Aparılan araşdırmalara görə, ötən il (2018-ci il) İngiltərə və Qallerdə hər min nəfərdən sadəcə 11-i uşaq sahibi olub. Bunun doğuş qeydlərinin alınmağa başladığı 1938-ci ildən bu yana ən aşağı səviyyədə olan göstərici olduğu açıqlanıb.
Ölkədə doğuş sayının azalmasının səbəbləri arasında əhalinin getdikcə yaşlanması, doğuş qabiliyyətinin aşağı düşməsi və qadınların gec yaşda uşaq sahibi olmaq istəyi göstərilir.
İngiltərə Statistika Komitəsi ölkədəki doğuş qabiliyyətinin aşağı düşməsini əsas səbəb olaraq qeyd edir. Lakin cütlüklərin gec övlad sahibi olmaq istəkləri də səbəblər arasında mühüm yer tutur.
2018-ci ildə İngiltərə və Qallerdə 657 min 76 körpə dünyaya gəlib. Bu göstərici 2017-ci illə müqayisədə 3, 2 faiz azdır. Ümumiyyətlə, İngiltərədə qadınların əksəriyyəti akademik fəaliyyət və kariyera planlarından dolayı 30 yaşından sonra uşaq sahibi olmağı planlaşdırır.
Firuzə Alimova / TurpKimi.com