Ortoped-travmatoloq, cərrah Sənan Aşirov...
“İş yerlərinin əksəriyyətində insanlar kreslo tipli oturacaqlarda otururlar. Buna fikir vermək lazımdır ki, oturacağın kürək hissəsi onurğanın fiziologiyasına uyğun olsun”.
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan Aşirov deyib. Onun sözlərinə görə, adətən yumşaq və elastik olan oturacaqlar onurğaya düşən yükü artırır:
“Əsasən düz söykənəcəkli və sərt oturacaqlarda əyləşmək məsləhət görülür. Əgər bütün gün oturaq həyat keçirirsinizsə bir müddət gəzdikdən sonra onurğada ağrılar hiss edilməsi mükündür. Bunun üçün az da olsa onurğanı rahatladacaq hərəkətlər etmək lazımdır”.
TurpKimi.com