Yayın çox sevilən meyvələrindən biri olan ərik ilə möcüzə ləzzətli bir keks hazırlaya bilərsiniz.
Təzə ərik və ərik ceminin dadını hər an hiss edəcəyinizdən əminik. İçində badam unu da olan bu keksin qlüten səviyyəsi də çox aşağıdır. TurpKimi.com ərikli badamlı keksin reseptini təqdim edir:
Sobada bişirilir
4 - 6 nəfər üçün nəzərdə tutulub
Hazırlanma müddəti 20 dəqiqə
Bişirmə müddəti 30 dəqiqə
Ərzaqlar:
1 su stəkanı ağ un
Yarım su stəkanı badam unu
Yarım su stəkanı şəkər tozu
1 çay qaşığı qabartma tozu
Yarım çay qaşığı pendir duzu
3/4 su stəkanı şəkərsiz sadə badam südü
1 kiçik çay qaşığı alma sirkəsi
Yarım su stəkanı zeytun yağı
Yarım çay qaşığı saf badam tozu
5-6 ədəd təzə ərik
1 xörək qaşığı ərik cemi
1. addım: Sobanı 180 dərəcədə isidin. Keks qəlibini yağlayın.
2. addım: Ağ un, badam un, şəkər tozu, qabartma tozu və duzu geniş bir qabda qarışdırın.
3. addım: Daha sonra badam südü və sirkə əlavə edin çırpmağa başlayın. Zeytun yağı və badam tozunu də əlavə edərək yaxşıca çırpın. Xəmiri keks qəlibinə tökün.
4.addım: Əriklərin dənəsini çıxarın və ortadan ikiyə bölüb, keks xəmirinin üzərinə yan tərəfləri yuxarı şəkildə yerləşdirin. 30 dəqiqə bişirin.
5. addım: Bişirmə vaxtına 2 dəqiqə qalmış kiçik bir qabda ərik cemini 1 çay qaşığı isti su ilə çırpın. Keksi sobadan çıxarın. Hazırladığınız ərik cemini fırçanın köməyi ilə keksin üzərinə sürtün. Ancaq üzərindəki əriklərin tərpənməməsinə fikir verin.
6. addım: Keksi yenidən sobaya qoyun və açıq qızıl rənginə dönənə qədər 10 - 15 dəqiqə bişirin.
Sonuncu addım: Keksi üzü üstə altı hava alacaq bir qabın (sobanın setkası da ola bilər-Red) üzərinə tərs çevirin, 10 dəqiqə soyumağa qoyun. Qəlibin kənarlarını çıxarın və keksi təxminən 30 dəqiqə tel qızartma (soba setkası) üzərində tamamilə soyumağını gözləyin.
Nuş olsun!
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 19-06-2021