Bu qadınlar daha tez qocalır! - Kisələnməyin fayda və zərərləri


Selülitdən əziyyət çəkən xanımların diqqətinə!

bu-qadinlar-daha-tez-qocalir
07.07.2021 01:29 2 dəq oxuma

Bir çox xanımların hamama girərkən kisəni əllərinə aldıqları zaman tərəddüd yaşadıqları deyilir. Düşünürlər ki, kisələnmək dəriyə və bədənə ziyandır, üstəlik dərini zədələyərək qocalmalarına, bəzi dəri xəstəliklərinin yaranmasına səbəb ola bilər.

TurpKimi.com isə ətrafda gəzən bu yanlış düşüncələri düzəldərək kisələnməyin bədənə olan faydalarını maddə-maddə açıqlayıb.

Bədəndə ən çox görünən və narahat edən şey civzələrdir. Dərinin gözəlliyini qorumaq və civzələri bədəndən uzaqlaşdırmaq  üçün kisələnmək olduqca faydalıdır. Bədəni kisələyəndə dəri altındakı hüceyrələr yox olacaq və civzələrin yaranmasının qarşısını alacaq. Xüsusilə də yağlı dəriyə sahib olan xanımlar həftədə bir dəfə kislənəməlidir.

Hüceyrənin yenilənməsi bədənin həm sağlam, həm də gözəl görünməsi üçün vacibdir. Bədəndə meydana gələn bir çox problemlər hüceyrələrin yenilənməməsindən qaynaqlanır. Kisələmək hüceyrələrin yenilənməsini sürətləndirir və sağlam şəkildə tamamlanmasına kömək edir. Bədən daha rahat və elastiki olur, çünki bütün ölü hüceyrələrdən təmizlənir.

Bədəni davamlı kisələdikdə qan dövranı yaxşılaşdığı üçün immun sistemi güclənir və bədən daha dözümlü olur.

Xanımların ən böyük bədən problemlərindən biri olan selülitlərin yox olmasında kisə ən gözəl və sağlam vasitədir. Davamlı selülitli nahiyyələri kisələdikdə qısa zaman ərzində onlardan qurtula bilərsiniz. Belə ki, kisələnməyən qadınların dərisi yenilənmədiyi üçün daha tez yaşlanır.

Kisələndikdə bütün məsamələr açılır və dəriniz daha rahat nəfəs almağa, yenilənməyə başlayır. Dəri nəfəs alanda siz da rahatlanırsınız.

Kisələnməyin ziyanı nələrdir?

Tez-tez kisələndikdə, dəri zədələnə bilər. Bu zaman dəridə qızarmalar müşahidə olunur. Bu isə dərinizin qurumasına səbəb olacaq. Lakin 15-20 gündən bir kisələndikdə heç bir problemlə qarşılaşmarsınız. Bədəni dəri təbəqəsi qoruyur. Davamlı kisələndikdə həmin dəri təbəqəsinin aşınmasına və zərərli maddələrin bədənə daxil olmasına şərait yaranmış olur. Ona görə də tez-tez deyil, müəyyən fasilələrlə kisələnmək məsləhətlidir.

Firuzə Alimova / TurpKimi.com