Bu qarışım qızıl dəyərindədir - Hər gecə yesəniz təkcə arıqlatmır, həm də...


Hər gecə sarıköklü qatıq yeməyin möhtəşəm faydaları...

bu-qarisim-qizil-deyerindedir
01.03.2022 01:25 1 dəq oxuma

Yağları əridən və sağlamlığa faydalı olan sarıköklü qatığı yeyib yatdıqda, gecə boyu orqanizmdə bizim üçün işləyir.

TurpKimi.com bildirir ki, ədviyyatlar arasında “qızıl” dəyərində olan sarıkök, probiotikin mənbəyi qatıqla birləşəndə və müntəzəm yeyildikdə orqanizmə verdiyi müsbət təsirləri sadalanmaqla bitməz.

Tərkibindəki kurkumin adlı komponent sayəsində zərdəçal başda hormon balansı olmaqla, immun sistemini gücləndirir, iltihabın qarşısını alır və yağların əriməsini sürətləndirir.

Qatıq isə kalsium və probiotik tərkibi ilə həzm sistemi, sümük, bağırsaq və ürək-damar xəstəlikləri kimi bir çox sağlamlıq problemlərinin qarşısını alır. Əhval-ruhiyyəyə müsbət təsir edir. 

Hər gecə yatmazdan əvvəl bir kasa qatıqla sarıkökü qarışdırıb yesəniz...

Şişkinliyi aradan qaldırır. Arıqlamaq istəyənlər üçün ən mükəmməl xilaskardır.

Sarıköklü qatıq oynaq ağrılarına da faydalıdır. Sümüklərin sağlamlığını qoruyur.

Həzm sistemini tənzimləməyə kömək edir.Qəbizlik, şişkinlik və qaz kimi problemləri minimuma endirir.

Davamlı istifadə edildikdə, qara ciyərin yağlanmasının qarşısını alır.

Qan şəkərini nizamlayır, aclıq hissini azaldır və uzun müddət toxluq hissi verir.

İltihab əleyhinə güclü vasitə olan bu qarışım ağrıların, iltihabın yaratdığı  yanğıların azalmasına kömək edir.

Firuzə Alimova / TurpKimi.com