Bu içki sayəsində sağlam və gənc olan hindlilər...
Sarıkökün faydalı təsirlərindən əksəriyyətimizin xəbəri var. Hindistanda bütün yeməklərə demək olar ki, sarıkök qatılır. Bəlkə də ona görədir ki, hindlilər həyat şəraitinin çətin olmasına və kasıblığa baxmayaraq, uzun ömür yaşaya bilir.
TurpKimi.com rus mediasına istinadla xəbər verir ki, sarıkök müxtəlif ağrılara, immunitetin gücləndirilməsinə, hətta arıqlamağa kömək edir.
Sarıkökün müalicəvi gücü antioksidant kimi təsir göstərir, toksinlərin qara ciyərdən xaric edilməsinə kömək edir, ödün axmasını stimullaşdırır, hüceyrələri bərpa edir və həzmi normallaşdırır.
Eyni zamanda orqanizmdəki iltihabı prosesi yüngülləşdirir, qanda xolestrol və şəkərin səviyyəsini aşağı salır və beynin fəaliyyətini stimullaşdırır. Həmçinin bildirilir ki, bu ədviyyatdan davamlı istifadə etdikdə xərçəngin qarşısını alır, şişlərin böyüməsinə mane olur.
Sarıkökdən istifadə etməyin ən effekktiv üsulu südlə qarışdırıb içməkdir. Bu qarışım qrip, baş və sümük ağrılarına kömək edir. Təzyiqi normallaşdırır, artıq çəki və həzm problemlərinə çox faydalıdır. “Qızıl süd” adlandırılan bu içki hətta qara ciyəri təmizləyir, immuniteti gücləndirir və ən əsası pis vəziyyətdə olan dərini yeniləyir.
“Qızıl süd”ü necə hazırlamaq olar?
- 1 çay qaşığı sarıkök;
- 1 çay qaşığı kərə yağı;
- 1 stəkan süd;
- bal;
Əvvəlcə 50 qram sarıkökü yarım çay qaşığı qara istiotla qarışdırın. Qaynadılıb soyudulmuş yarım stəkan suya əlavə edib ocağın üzərində qatılaşana kimi qarışdırın. Daha sonra şüşə qaba tökün, ağzını bağlayıb soyuducuya qoyun.
Yenə bir qaba süd tökün və içinə bir qaşıq qarışımdan əlavə edib 15 dəqiqə bişirin. Nəhayət, üzərinə kərə yağı və bal əlavə edin. Soyuduqdan sonra südü içmək olar.
P.S. Əgər bu içkidən mütəmadi olaraq içsəniz hər kəsin gözü qarşısında günü-gündən gəncləşərək daha sağlam olacaqsınız.
Firuzə Alimova / TurpKimi.com