Təbiətdə olan bu maddə orqanizm üçün çox zərərlidir...
İstifadə etdiyimiz qidalar təkcə fiziki sağlamlığa deyil, ruha da təsir edir. Qısamüddətli xoşbəxtlik təmin edən bəzi qidalar xərçəng, ürək xəstəlikləri, xolesterol, piylənmə kimi xəstəliklərə səbəb ola bilər.
Çində aparılan araşdırmalara əsasən, bəzi qidalar depressiyaya səbəb olur.
Qızardılmış qidaların psixi sağlamlığa təsiri araşdırılıb. Müşahidə olunub ki, kartof qızartması yeyənlər daha çox narahatlıq və depressiya keçirir. Xüsusilə nişastalı qidalar yüksək temperaturda bişirildikdə zərərli akrilamid maddəsi meydana çıxır. Təbiətdə olan bu maddə orqanizm üçün çox zərərlidir. Xüsusilə beyindəki neyronlara təsir göstərir.
Həkimlər hamilə xanımların və uşaqların xüsusilə diqqətli olmasını qeyd edib. Bişirmə texnikanıza diqqət yetirin. Yeməkləri qızartmayın. Qaynadılmış yeməklərə daha çox üstünlük verin.
Axar.az / TurpKimi.com