Bu qidadan hər gün yesəniz, artıq çəkidən azad olacaqsız


Sağlam qidalansaq artıq çəkidən də əziyyət çəkməyəcəyik. Bu bir qızıl qaydadır. 

bu-qidadan-her-gun-yeseniz-artiq-cekiden-azad-olacaqsiz
15.04.2023 21:15 1 dəq oxuma

Ancaq insanların çoxu bu qaydaya əməl edə bilmir. 

TurpKimi.com arıqlamağı asanlaşdıran meyvələr haqda yazacaq. 

Bu meyvələr maddələr mübadiləsini də sürətləndirir və həzm sisteminin fəaliyyətinə yaxşı təsir edir:

ARMUD

Armud zəngin lif qaynağıdır. Qida dəyəri yüksək, ancaq kalori baxımından aşağı olan armud həzm sisteminin dostudur. Armud  C vitamini qaynağı olduğu üçün immunitet sisteminin gücləndirir. Bədənin müqavimətini artırır və xəstəliklərə qarşı qoruyur.

  ALMA

Diyet siyahılarında ən çox olan meyvələr arasında alma öndə gedir. Alma vitamin, mineral və antioksidant baxımından çox zəngindir. Eyni zamanda zəngin lif qaynağıdır.

  PORTAĞAL 

Portağal qışda ən çox istehlak edilən meyvələrdən biridir. Zəngin C vitamini qaynağı olduğu üçün immunitet sistemini gücləndirir. Bədəni xəstəliklərə qarşı qoruyur və müqavimətini artırır.

  AVOKADO 

Avokado bəsləyici, uzun müddət tox tutan qidadır.  Vitamin anbarı olan avokadonun faydalarını saymaqla bitməz. Zəngin omeqa 3 qaynağıdır, həzm sisteminin fəaliyyətinə müsbət təsir edir və s. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com