8 qidanın ağ ciyərlərə inanılmaz təsiri.
Siqaret və tütünün qalıqları, tıxacda qalarkən udulan çirkli hava, toz-duman və bir çox toksiki maddələr ciyərlərimizə asanlıqla daxil olur. Bir müddətdən sonra həmin toksiki maddələr ciyərlərdə birləşərək müxtəlif ağ ciyər problemlərinə, müalicə edilmədikdə isə ağ ciyər xərçənginə səbəb ola bilir.
TurpKimi.com bildirir ki, ciyərləri toksinlərdən qorumağın yolu siqaretdən istifadə ediriksə, ilk olaraq onu tərgitməkdir. Əgər ağ ciyərlərinizdə başqa səbəblərdən dolayı toksiki maddələr toplanıbsa, bunun qarşısını yeyəcəyiniz qidalarla ala bilərsiniz.
Belə ki, ağ ciyərləri toksinlərdən təmizləmək, detoks və antioksidant təsir yaratmaq üçün təbiətin bizə bəxş etdiyi qidaları süfrəmizdən əksik etməməliyik.
Zəncəfil – Sarıkök
İltihab əleyhinə təsir göstərən bu ədviyyatlar toksinləri tənəffüs yollarından uzaqlaşdırmağa və ciyərlərin təmizlənməsinə kömək edir.
Sarımsaq
Təbii antibiotik olan sarımsaq ağ ciyərlərin var gücüylə işləməsini təmin edir. Tərkibindəki bir çox antioksidant maddə sayəsində ağ ciyər xərçənginə qarşı müsbət təsir göstərir.
Kəklikotu
Tərkibindəki efir yağları sayəsində sinədəki tıxanmaların qarşısını alır. Öskürək və yuxarı tənəffüs yolları iltihabına qaşı təsirlidir. Antibakterial xüsusiyyətləri sayəsində bakteriyaların yaranmasının qarşısını alır.
Qara kök
Öskürəyin qarşısını alır və bəlğəm gətirici xüsusiyyəti var. Tərkibindəki vitamin və minerallar sayəsində güclü antioksidantdır və ağciyər xərçənginin yaranma riskini azaldır.
Üzüm tumu
Tərkibində olan efir yağları sinədəki tıxanmalara qarşı təsirlidir. Öskürək və yuxarı tənəffüs yolları iltihabının və bakteriyaların yaranmasının qarşısını alır.
Kərəviz
Kanserogen maddələrin yaranmasına, xüsusilə də ağ ciyər xərşənginə qarşı qoruyucu təsir göstərir.
Keçibuynuzu
Toksinlərin təmizlənməsində detoks təsirə malikdir.
Firuzə Alimova / TurpKimi.com