Sosiskanın çoxlu sayda insan ölümə səbəb olduğunu öyrənəndə təəccüblənəcəksiniz.
Mütəxəssislərin açıqlamalarına görə bəzi qidalar çox yeyildiyi zaman xəstəliyə səbəb olur. Bəzilərini düzgün bişirmədikdə və ya lazımi miqdarda qəbul edilmədikdə zəhər saçaraq sağlamlıq üçün çox zərərli ola bilir.
TurpKimi.com yeyərkən ehtiyat edəcəyiniz qidaların siyahısını təqdim edir:
1 – Dünyanın ən pis qoxan meyvəsi kimi tanınan durian insanı öldürən qidalardan biridir. Durianın ən çox yeyildiyi ölkə İndoneziyada belə bir hadisə yaşanıb. Belə ki, yüksək təzyiqdən əziyyət çəkən bir şəxs 500 qramdan çox durian yedikdən sonra qan təzyiqi daha da yüksəlib. Damarların yırtılmasına səbəb olduğu üçün dünyasını dəyişib. Bu qidayla bağlı bir neçə ölüm faktının olduğu qeyd edilir.
2 – Dünyanın ən acı bibəri kimi tanınan “Əjdaha nəfəsi” də öldürücü qidalardandır. Bu günə qədər kimsə bu bibərin dadına baxmayıb, ancaq mütəxəssislər “Əjdaha nəfəsi”nin tərkibindəki kapsaik maddəsinin insanın hava yolunu tıxayıb anafilaktik şoka düşməsinə səbəb ola biləcəyini bildirir. Acı bibərləri ölçmək üçün isitifadə olunan skovilla ölçü vahidində 2,48 milyon ölçüsü olan “Əjdaha nəfəsi” ən acı bibərlərdən olan “jalapeno”dan 300 dəfə daha acıdır.
3 – Rübarb və ya rovan otunun saplaqları təkbaşına və ya bir çox meyvəli şirniyyatların içində yeyilir. Lakin bu bitkinin yarpaqları güclü zəhər deposudur. Yarpaqları yeyildikdə tənəffüs yollarında çətinlik və qıcolma yaradır, böyrək çatışmazlığı və bəzi zamanlarda ölümlə nəticələnir. Ona görə də sadəcə saplaqları yeyilməlidir.
4 – Yaponiyada “Fuqu” adlı zəhərli balıq var. Düzgün şəkildə hazırlanmasa, yeyənləri asanlıqla zəhərləyib öldürə bilir. Yalnız yüksək savadlı şeflərin hazırlaya bilər. Fuqu balığının müxtəlif növlərində zəhər torbaları da müxtəlif yerlədə olur. Ona görə də hətta peşəkar şeflər üçün belə fuqunu təmizləyib nəsə hazırlamaq olduqca risklidir. Çünki zəhərli yerləri yeyildikdə orqanizmdə qıcolma, titrətmə, nəfəs almada, danışmaqda çətinlik yaradır və insan boğulmağa başlayır.
5 – Alimlərin dünyanın ən faydalı qidası olaraq elan etdiyi badamın eyni zamanda çox təhlükəli zəhər qaynağı da var. Xüsusilə də çiy acı badam sianidlə zəngin bir qidadır. Bu zəhərin təsirini yox etmək üçün acı badamı müəyyən temperatura qədər qızdırmaq lazımdır. Bu prosesi evdəki sobalarda etmək mümkün deyil. Belə ki, acı badamı çiy yedikdə qəbul etdiyiniz sianidin miqdarı sizi çox narahat etməsin, çünki zəhərlənə bilmək üçün həddən artıq acı badam yemək tələb olunur.
6 – Albalı (vişnə) yeyərkən tumlarını ağzınızda uzun müddət tutmağa çalışmayın. Çünki albalının tumunda hidrogen sianid adlı zəhərli tərkib var. Lakin bu, sizi çox da narahat etməsin, çünki vişnədən zəhərlənmək üçün 75 kiloqrama yaxın yeməniz lazımdır. Həmin miqdarın tərkibində 703 mq-a qədər hidrogen sianid olur. Yəni bu rəqəmdən artığı qəbul edildikdə, zəhərlənməyə gətirib çıxarır.
7 – Qaysını yedikdən sonra tumunu qırıb içindən çıxan badama bənzər içliyi yeməyi əksəriyyət sevir. Ancaq şaftalı, qaysı, alma kimi meyvələrin tumlarında sianid istehsal edən amiqdalin adlı maddə var. Bu tumlardan çox yesəniz baş dönməsi, qusma, yüksək təzyiq, böyrək çatışmazlığı, koma və hətta ölüm kimi qorxunc nəticələrlə qarşılaşa bilərsiniz.
8 – Bir dəfəyə nə qədər şokolad yeyə bilərsiniz? Nə qədər yeyirsinizsə yeyin, 10 kiloqramı keçməyin. Sözügedən ölçüdən daha çox şokolad yemək zəhərlənmə və hətta ölümə səbəb olur. Qeyd edək ki, it və pişiklər üçün şokoladın kiçik miqdarı belə zərərlidir. Ona görə də balaca dostlarınızı şokoladdan uzaq tutun.
9 – Meksika lobyası kimi tanınan qırmızı lobya cinsini heç vaxt çiy yeməyin. Çünki çiy qırmızı lobyada fitohemaqqlutin adlı zəhərli maddə var. Bu maddə qusma və baş ağrılarına səbəb olur. Düzgün bişirilsə, bu maddə yox olur.
10 – Pomidorun zəhərli ola biləcəyi kimsənin ağlına gəlməz. Ancaq pomidorun yaşıl yarpaq və saplaqlarında solanin adlı toksiki maddə var. Bu maddə mədənin bulanmasına, qarın ağrılarına və narahatlığa səbəb olur.
11 – Eyni zəhərli maddə cücərməyə başlamış, yaşıllaşmış kartoflarda da meydana gəlir. Ona görə də yaşıllaşmış kartofdan uzaq durmaq lazımdır.
12 – Hind qozunu (muskat) bütöv yemək psixoza səbəb olur.
13 – Sannakji ahtapotdan hazırlanan suşi növüdür. Özəlliyi ondadır ki, heyvan bişirilmədən istehlak edilir. Ahtapot hər nə qədər ölmüş olsa da, sinirləri hələ də aktiv olur, qolları tərpənə, xortumları açılıb-bağlana bilir. Dünyada hər il 6 nəfər sannakji yeyərkən boğazlarına yapışan ahtapotun xortumlarından boğulub ölür.
14 – Digər təhlükəli dəniz məhsulu qabuqlulardır. Bu canlılar yaxşı bişirilmədikdə və ya çiy yeyildikdə təhlükəli olur. Çünki dənizdəki mikrobları və zərərli bakteriyaları ətraflarına çəkmək gücünə sahibdirlər. Xüsusilə də çiy istiridyələr təhlükəlidir.
15 – Zəhərli qidalardan danışarkən ağla gələn ilk şey göbələk olur. Dünyada yüzlərlə göbələk növü var və bunların bəzilərinin yeyilməsi sağlamlığa faydalı olduğu halda, bəziləri də çox qısa müddət ərzində insanı öldürmə gücünə malikdir. Hardan yığıldığı məlum olmayan, yoxlanılmamış, boyat və rəngi solmuş göbələkləri yemək isə qətiyyən olmaz.
16 – Çoxlu sosiska yemək içindəki məhsullardan dolayı sağlamlığa ziyan ola bilər. Lakin Sosiska 3-6 yaş arası uşaqlarda boğulmaya səbəb olaraq ölənlərin siyahısında birinci yerdədir. Odur ki, sosiska yeyərkən çoxlu çeynəməkdə fayda var.
Firuzə Alimova / TurpKimi.com