Bu qidalar cinsi orqanın qoxusuna təsir edir


Mütəxəssislər nə deyir?

bu-qidalar-cinsi-orqanin-qoxusuna-tesir-edir
22.12.2021 00:05 1 dəq oxuma

Cinsi orqandan gələn qoxu həm qadın, həm də kişilərin ən böyük problemlərindən biridir. Xüsusilə də qarşı tərəfin narahat olacağını düşünən cütlüklər cinsi əlaqə zamanı bir-birindən çəkinməyə başlayır. Çünki cinsi orqandan gələn pis qoxu güvən hissini qıra bilir.

Bəs bu pis qoxunun yediyimiz qidalardan qaynaqlana biləcəyini heç düşünmüsünüz?

TurpKimi.com bildirir ki, son zamanlar xarici mediada və sosial şəbəkələrdə vaginadan gələn pis qoxunun qarşısını almaq üçün qadınlara ananas yemək tövsiyyə edilir. Çünki ananasın vaginanın qoxusunu gözəlləşdirdiyi iddia edilir. Bu reseptə böyük maraq göstərən qadınların əksəriyyəti gündə bir dəfə ananas yeməyə çalışır.

Bəs mütəxəssislər nə deyir?

Onlar da qidaların istər kişi, istərsə də qadınlarda cinsi orqanın qoxusuna təsir etdiyini bildirir. Soğan, sarımsaq, balıq və tünd ədviyyatlardan istifadə edənlərdə pis qoxunun yayılmasına səbəb olur. Pis qoxudan qurtulmaq üçün tərəvəz və meyvə kimi yüngül qidalara üstünlük verilməlidir. Ananas, portağal, mandarin, qreyfrut və kivi kimi meyvələr də cinsi orqanın qoxusuna müsbət yöndə təsir edir.

Firuzə Alimova / TurpKimi.com