Bu qidalar diyetik adlandırılsa da, adamı kökəldir - SİYAHI


Qida ilə arıqlamağa çalışanların seçimlərindəki yanlışlar...

bu-qidalar-diyetik-adlandirilsa-da-adami-kokeldir
19.11.2024 02:23 1 dəq oxuma

Bəzi məhsullar heç bir aidiyyatı olmasa da diyetik hesab olunur. Əslində, həmin qidaların sayəsində əlavə çəkilər getmir, əksinə qazanılır.

TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki, diyetik adlandırılan qidalar arasında qurudulmuş meyvələr də var. Tərkibinə diqqət yetirmək vacibdir, çünki qurutma prosesində çox vaxt şəkər əlavə olunur.

Bir şüşə qazlı içkidə kalorinin olmadığı barədə yazılması, bu o demək deyil ki, sağlamlığa ziyan vermir. Belə ki, süni dadlandırıcıların olduğu qazlı içkilər iştahı və şirniyyata olan həvəsi artırır.

Tərəvəzli çipsilər... Onların bir çoxu kartof ilə eyni şəkildə hazırlanır. Çoxlu yağ və duz əlavə edirlər.

Aparılan bir araşdırma adi süd içənlərin yağsız südü seçənlərə nisbətən daha tez arıqladığını göstərib.

Bundan əlavə, yalnız heç bir qatqısı olmayan qatıq sağlam sayılır. Qalanları şəkər, yağ və əlavələrlə zəngindir.

Firuzə Alimova / TURPKİMİ.COM