Yuxuda olarkən orqanizmimizi təmizləyən qidalar...
Kökəlməmək və gecə rahat yuxu yatmaq üçün adətən, yatmazdan əvvəl nəsə yeməməyə çalışırıq. Sağlam olmadığı düşünülən gecə yemək, əslində nə yediyimizdən asılıdır. Lakin elə qidalar var ki, gecə yediyimiz zaman ikiqat faydasıyla sağlamlığımıza müsbət təsir göstərir. Onların orqanizmə verdiyi faydası isə sizi çox təəccübləndirəcək.
TurpKimi.com bildirir ki, bu qidaları yediyiniz zaman həm faydalarından yararlanacaq, həm də dümdüz qarına sahib olacaqsınız.
1 – QARPIZ
Qarpız lif və su ilə zəngin olan faydalı giləmeyvədir. Yatmazdan əvvəl qarpız yeyərək dümdüz qarna sahib olacaqsınız. Həmçinin bu qida bədəndə çoxlu miqdarda olan mayenin xaric edilməsi üçün əhəmiyyətli mineraldı. Həmçinin qarpız immun sistemini gücləndirən, iltihablanmayla mübarizə aparan C vitamini ilə zəngindir.
2 – POMİDOR
Pomidoru çox insan sevir və onu proteinlə qarışdırıb sağlam axşam yeməyi hazırlasanız gözəl seçim etmiş olacaqsınız.
Pomidorun tərkibi antioksidantlarla doludur, arıqlamanıza kömək edir, iltihablanma və mayenin bədəndə saxlanmasına qarşı mübarizə aparır.
3 – ZEYTUN YAĞI
Zeytun yağında olan oleik kimi yağ turşuları orqanizmdə, xüsusilə də qarın bölgəsində parçalanması çətin olan yağların əridilməsinə kömək edir. Gecə yatmazdan əvvəl 1 qaşıq zeytun yağı içməklə qarındakı yağları əritmək mümkündür.
4 – ƏNGİNAR
Qaraciyərə faydalı olan ənginar axşam yeməyi üçün gözəl seçimdir. Gecə yeyildikdə orqanizmi zəhərli maddələrdən təmizləyir.
5 – QULANÇAR
Yabanı bitən və ya ağ qulançardan istədiyiniz qədər yeyə bilərsiniz. Qulançar A, B vitamin kompleksi, C və E vitaminləri, eyni zamanda sink və kalium kimi minerallarla zəngindir.
6 – BADAM
Badam maqneziumla zəngin olan çərəzdir. Maqnezium yuxu keyfiyyətini artırdığı kimi, sümükləri də gücləndirir. Bədəndə maqnezium azaldığı zaman yuxuya getməyin çətinləşdiyi elmi araşdırmalarda sübut olunmuşdur.
7 – DÜYÜ
Düyünün qlisemik indeksi yüksək olduğu üçün tez bir zamanda yuxuya getməyə kömək edir.
8 – VİŞNƏ SUYU
Alimlərin araşdırmasına görə, 1 stəkan vişnə suyu içmək daha tez yuxuya getməyə kömək edir. Çünki vişnə melatoninin ifrazını artırır.
9 – KAHI
Kahının südündə aşkar edilən laktukarium maddəsinin sakitləşdirici təsiri var. Kahını salatın içərisində yeməklə və ya 3-4 yarpaq kahını 15 dəqiqə isti suda saxlayıb içinə bir neçə nanə yarpağı qataraq çay kimi içdiyiniz zaman daha rahat yata bilərsiniz.
10 – YULAF YARMASI
Yatmazdan əvvəl bir kasa südlü yulaf yarması yesəniz qanda karbohidrat və kalsiumu artıraraq yaxşı yatmanıza kömək edəcək.
11 – ÇOBANYASTIĞI ÇAYI
Çobanyastığı çayı içdikdə bədənimizdəki sinir və əzələləri yumşalır, yüngül sakitləşdirici təsiri olan qlisin adlı təbii kimyəvi maddənin səviyyəsi isə yüksəlir.
12 – BAL
Balda olan təbii şəkər insulinin səviyyəsini yüngülcə artırır və triptofanın beynə daha asan daxil olmasına şərait yaradır. Yatmazdan əvvəl bir qaşıq bal yemək və ya bu balı çobanyastığı çayına əlavə etmək daha rahat yatmanıza kömək olacaq.
Firuzə Alimova / TurpKimi.com
Yazılıb: 22-07-2019