Bu qidaları mikrodalğalı sobada isitmək olmaz


Mikrodalğalı soba mikrobları məhv etmir...

bu-qidalari-mikrodalgali-sobada-isitmek-olmaz
25.03.2022 01:00 2 dəq oxuma

Bəzi qidaların isidilməsi zəhərlənmələrə və xəstəliklərə yol açan mikroorqanizmlərin inkişafına səbəb olur. Ona görə də mikrodalğalı sobaya qoyulan qidalara diqqət etməkdə fayda var.

TurpKimi.com bildirir ki, ciddi xəstəliklərə və zəhərlənməyə yol açan bu qidaları mikrodalğalı sobada qızdırmaqdan yan qaçmalısınız.

GÖBƏLƏK

Göbələk yenidən isidildiyində mədədə şişkinliyə, həmçinin müxtəlif həzm problemlərinə səbəb olur.

TOYUQ

Toyuq yeməkləri mikrodalğalı sobaya qoyulmamalıdır. Göbələk kimi toyuq da proteinlə zəngindir. Yenidən isitməklə dadını tamamilə dəyişir. Toyuq ciddi qida zəhərlənmələrinə yol açan zərərli bakteriyaları sərbəst buraxır. Mikrodalğalı soba isə heç bir bakteriyanı məhv etmir. Ona görə də mətbəxdə bir gün əvvəl bişən toyuq yeməyi varsa, soyuq halda yeməniz məsləhətlidir.

DÜYÜ

Düyü bişirildikdən dərhal sonra yeyilməlidir. Bişmiş düyü mikrodalğalı sobada qızdırılarsa müxtəlif zəhərlənmələrə yol açır.

KARTOF

Bu, ən təhlükəlisidir. Qlikoalkaloidlər adlanan molekullar zəhərlənməyə səbəb olur. Həzm sistemini pozur, hətta bağırsaq qanamalarına şərait yaradır. Çünki bəzi zərərli molekullar istiliyin təsiri altında daha da çoxalır. Düyü kimi kartof da nişastalı qidadır. Kartof çox açıq saxlanarsa, mikrobların artması üçün münbit şərait yaranır.

KƏRƏVİZ

Bu tərəvəzin tərkibində olan nitrat molekulları ultrabənövşəyi şüalar altında kanserogenə çevrilir. Bu, ispanağa da aiddir.

KİFLƏNMİŞ PENDİR

Göbələk və kiflə zəngin olurlar. Mikrodalğalı soba bu növ pendirləri yeyilməz hala gətirir.

QURUDULMUŞ ACI BİBƏR

Heç məsləhətli deyil. Ona xüsusi dad verən kapsaisin yüksək istilikdə havaya uçur və qidanın keyfiyyəti itir. Bundan başqa, sobanın ağzını açanda gözlərinizi və boğazınızı yandırma riski var.

Firuzə Alimova / TurpKimi.com