Uşaqlara bu qidaları vermədən öncə bir daha düşünmək lazımdır.
TurpKimi.com xəbər verir ki, mütəxəssislər bəzi qidaların uşaqlarda aqressivliyi artırdığını sübut ediblər.
1.Toyuq qanadı
Londonda aparılmış tədqiqatlara görə, toyuq qanadı uşaqların aqressiv və davakar olmağına səbəb olur. Xüsusilə dişlənirək yeyilən məhsullar uşaqlarda aqressivliyin artmasına səbəb olur. Yatmadan bir neçə saat qabaq uşaqlara toyuq qanadının verilməməsi tövsiyyə edilir.
2. Sosiska
Xüsusilə 10 yaşdan aşağı uşaqlara sosiska verilməməlidir. Mütəxəssislər 10 yaşdan kiçik olan uşaqlarda boğulma hallarının sosis məmulatlarından olduğunu qeyd ediblər.
3. Fıstıq
Fıstıq allergik qidadır. Sonu ölümlə nəticələnən bir çox xəstəliklərin fıstıq allergiyasından olduğu bəlli olub.
4. Ton balığı
Ton balığından çox istifadə edilir. Amma yaddan çıxartmaq lazım deyil ki, ton balığından həddən artıq istifadə sinir sisteminə zərər verir və infarkt riskini artırır.
5. Göbələk
Göbələklər uşaqlar üçün təhlükəlidir. Onların yabani halda bitənləri ölümcül zəhərlənmələrə səbəb olur.
6.Şokolad
Şokoladın tərkibində yüksək miqdarda kakao və şəkər var. Bu da qanda şəkəri və xolesterini artırır.
7. Dondurma
Dondurma tez xarab olur. Bu da onun tərkibində zərərli maddələrin yaranmasına səbəb olur. Keyfiyyətsiz dondurma bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur.
8. Dondurulmuş qidalar
Tərəvəz məhsulları dondurularkən onların tərkibində zərərli maddələr yaranmağa başlayır. Bu da mədə və bağırsaq xəstəliklərinin yaranması üçün münbit şərait yaradır.
9. Un məmulatları
Un məmulatları çox qəbul edildiyində orqanizmdə xolesterin balansı pozulur.
10. Qazlı, asidli bu içkilər
Tərkibində turşu, qaz olan içkilər və qidalar həzm sistemi xəstəlikləri yaradır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com