Bu qidaların çoxu beyni xəstə edir - Nə etməli?


Tərkibindəki maddələrlə qanda yığılan və beyni zəiflədən qidalar...

bu-qidalarin-coxu-beyni-xeste-edir
18.06.2019 17:31 4 dəq oxuma

Orqanizm ehtiyacı olan, amma istehsal edə bilmədiyi bir çox maddəni qidalardan alır. Qidalar gündəlik enerji ehtiyacımızı qarşılamaqda çox vacibdir. Qəbul edilən qidaların sağlamlığa faydalı olub olmadığı bişirilmə texnikasıyla dəyişir. Hətta təbiətdə olan bəzi faydalı qidaların beynə, qara ciyərə, ürəyə mənfi təsirlərinin olması haqda araşdırmalar da mövcuddur. Çünki sağlamlığa faydalıdır deyə daha çox yediyimiz bəzi qidalar orqanizmə ziyan da verə bilir. Bəs artıq yeyildikdə orqanizmə ziyan olan, yaddaşa mənfi təsir edən qidalar hansılardı?

Beynə mənfi yöndə təsir edən maddələr, qidalardan qəbul etdiyimiz metallardır. Fərqinə də varmadan dəmir, mis və sink kimi bəzi metalları bədənimizə daxil edir və bununla da orqanizmdə xəstəliklərə yol açırıq. Çünki artıqlığı ilə qəbul edilən metallar beynimizdə yığılıb qalır. O zaman bu metallar necə ölümcül ola bilir?

TurpKimi.com bildirir ki, metalların bədəndə yığılıb qalması son zamanların ən çox müzakirə edilən və ehtiyac duyulan mövzularındandır. Düzdü, orqanizmin sağlamlığı üçün dəmir, mis və sinkə ehtiyac var. Ürək bu metalların sayəsində nizamla və dayanıqlı işləyir, diş və sümük quruluşu, əzələlər, reproduktiv sağlamlıq və qan dövranı, hüceyrələrin inkişafı dəmir, mis və sink kimi mikronutrientlərlə sağlam fəaliyyət göstərir.

Lakin bu metalların çox qəbulu bədənə və beynimizə toksiki təsir edir. Əsas metalı düzgün şəkildə və lazımi miqdarda qəbul etməkdir.

DƏMİR

Böyük insanların gündəlik dəmirə ehtiyacı 9 milli qramdır. Orqanizmdə qırmızı qan hüceyrələrinə rəng verən, oksigenin daşınmasını təmin edən və protein növü olan hemoqlobinin içərisində olur. Ona görə də hemoqlobinin səviyyəsi kifayət qədərdirsə, hər hansı bir şəxs elmi sınaqlarda yaxşı nəticə göstərir. Hemoqlobin səviyyəsi yüksək olanlar da pis nəticə göstərənlər arasındadır. Yəni bir sözlə, qanda hemoqlobinin səviyyəsi yüksək olmaqdansa, aşağı olması daha yaxşıdır. Çünki orqanizm artıq alınan dəmiri bədəndən ata bilmədiyi üçün əzələ və orqanlarda yığılmağa başlayır. Nəticədə, ortaya yorğunluq, gücsüzlük, ağrı ilə müşayət olunan ürək, diabet, qara ciyər xəstəliyi yaranır, hətta artritə səbəb olur.

Tərkibində böyük miqdarda dəmir olan qidalar: böyrək, ət, bəhməz, quru meyvələr, susam, quru paxla, qurudulmuş pomidor və badımcan.

MİS

Böyüklərin gündəlik misə ehtiyacı 900 mikroqramdır. Taxıl və tərəvəzlərdə orta miqdarda, süd və təzə meyvələrində isə çox az miqdarda olan mis böyrək, ət, susam və quru paxla ilə birlikdə aşağıdakı qidalarda da yüksək miqdarda olur: balıq, fısdıq, kakao, yumurta, yaşıl tərəvəzlər.

Mis orqanizmdəki bəzi fermentlər üçün vacibdir. Lakin mis oksidləşə bildiyi, yəni paslandığı üçün təhlükəlidir. Çox qəbul edilən mis orqanizmdə oksidləşərək sərbəst radiaklların, yəni dağıdıcı oksigen malekullarının istehsalına başlayır. Bu isə beyin hüceyrələrinə ziyan verərək yaşlanmanı sürətləndirir. Sinir sisteminə, öyrənmə tezliyinə, beynə və yaddaşa mənfi təsir edir, hətta Alzheimer xəstəliyinə yol açır. Dəmirdəki kimi, normadan azdırsa problem var, normadan çoxdursa daha böyük problem var deməkdir.

SİNK

Böyüklərin gündüəlik sinkə olan ehtiyacı 3 milli qramdır. Böyrək, ət, balıq kimi qidalarla yanaşı badam, balqabaq tumu, buğda rüşeymi, qoz və pendirdə də sink metalı var.

Beyin hüceyrələri bir-biriylə əlaqə qurmaq üçün sinkdən istifadə edir. Ancaq çox qəbul edilən sink həm toksiki maddə kimi yığılır, həm də beyində şlakların yaranmasına səbəb olur.

Bəs məişətdə metalları hardan alırıq? Necə qorunmalıyıq?

- Evə suyu ötürən boruların misdən olması həmin metalların paslanıb içilən suya mis və digər metalların keçməsinə səbəb olur.

- Dəmir və ya mis çayniklər: bu kimi tava, çaynik və digər mətbəx əşyalarının içərisində hazırlanan yeməklərin tərkibinə keçərək metallar bədənə nüfuz edir. Ən yaxşısı polad, şüşə, saxsı, keramika qablardan istifadə etməkdir.

- Multivitaminlər: bir çox multivitaminlərdə dəmir, mis və sink olur və bu metalara olan gündəlik ehtiyacı artıqlamasıyla ödəyir. Ona görə də multivitaminləri qəbul edərkən tərkibində hansı metalların olmasına fikir verin. Mümkündürsə metal tərkibi olmayanları alın.

- İşlənmiş qidalarda: bütün işlənmiş qidalarda metallar var. Məsələn, səhər yeməklərində istifadə olunan kukuruzlarda, meyvə sularında və sair. Bu qidalar gündəlik lazım olandan daha çox metalın orqanizmə daxil olmasına gətirib çıxarır.

Beynin fuksiyalarını bu iki sadə reseptlə qoruyun:

İspanaq, roka, pomidor, bibər, çia tumu, avakado, 1 çay qaşığı zeytun yağı, duz, qara istiot, sarımsaq və limonu yaxşıca yuyun. Hamısını xırda-xırda bir kasaya doğrayıb üzərinə zeytun yağı əlavə edib yeyin.

Firuzə Alimova / TurpKimi.com