Yaşlanmağı gecikdirmək üçün milyonlarla pul xərcləyib kremlər, məlhəmlər alan, hətta cərrahi əməliyyatlar üçün bıçaq altına yatanlar çoxdur.
Ancaq sağlam olmağın yolu əvvəlcə sağlam qidalanmadan keçir.
TurpKimi.com yaşlanmağı gecikdirən, insanı cavan saxlayan 3 əsas qida haqda bilgiləri oxucularla bölüşür:
Kök
Kökə narıncı rəngi verən beta karoten qiymətli maddədir. Yaşla əlaqədar olaraq insanda beta karoten azalır və bunu köklə bərpa etmək mümkündür. Kökün tərkibində olan beta karoteni bədənimiz A vitamininə çevirir. Bədənimiz A vitaminini özü istehsal etmədiyi üçün mütləq kök istehlak etməliyik.
Yağlı Balıqlar
Somon, sardelya, skrumbiya və kilkə kimi balıq növləri zülal baxımından çox zəngindir və yaşlanan cildlərə qarşı təsirlidir. Həftədə bir, ya da iki dəfə mütləq balıq istehlak edilməlidir. Soyuq sularda yaşayan balıqlar qan dövranını sürətləndirən və ürək damar xəstəliklərini önləyən Omeqa 3 yağ turşuları ilə zəngindir. Omeqa 3 turşuları yaşlanma ilə əlaqədar yaddaşın zəifləməsini də önləyir.
Qaraciyər
Ciyər dəri sağlamlığı baxımından çox təsirlidir. Dərinin elastikliyi və dərininə nəmlənməsini dəstəkləyən A və B5 vitaminləri ilə zəngindir. Xüsusilə qanadlı quşların qaraciyərləri qırışların yaranmasına qarşı qoruyur. Həddindən artıq olmamaq şərtilə həftədə bir dəfə istehlak edilməlidir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com