Bu qidanın suyunu içdikdə xərçəng hüceyrələrini məhv edir - Sübut edilib


Evdə hazırlanma qaydasını da yazdıq...

bu-qidanin-suyunu-icdikde-xerceng-huceyrelerini-mehv-edir
15.03.2022 00:42 1 dəq oxuma

Əldə etdiyiniz məlumatlardan sonra pendirin suyunu lazımsız bilib atmayacaqsınız.

TurpKimi.com bildirir ki, aparılan araşdırmalarda metabolizmanı və mədəni yeniləyən, orqanizmdəki toksinləri ataraq güclü təsirə malik olan pendir suyunun xərçəng hüceyrələrini öldürdüyü sübut edilib.

Pendir suyunun faydalarından yararlanmaq üçün hər gün 1 stəkan içmək lazımdır. İçərkən təzə olmasına diqqət edilməlidir.

Belə ki, pendir suyu A, B və C vitaminləri, dəmir, kalium, maqnezium, kalsium və fosfor kimi minerallarla zəngindir. Tərkibində laktoza olduğunu da vurğulamaq lazımdır.

Protein dəyəri metabolizmanı sürətləndirir və iştahı azaldaraq çəki atmağa kömək edir.

Pendir suyundakı protein qan şəkərini aşağı salaraq diabet xəstəliyinin müalicəsinə kömək edir.

Tərkibindəki laktoferrin fermenti antibiotik təsirə malikdir, mikrobların əmələ gəlməsinin qarşısını alaraq bədəndən xaric olunmasına kömək edir.

Tədqiqatlar göstərir ki, pendir suyundan müntəzəm istifadə qanda iltihabın göstəricisi olan C-reaktiv zülalın səviyyəsini azaldır.

EVDƏ PENDİR SUYUNUN HAZIRLANMA QAYDASI:

1 litr çiy süd;

4 xörək qaşığı ev qatığı və ya 4 xörək qaşığı sirkə;

Bir litr çiy südü 15 dəqiqə qaynadın. İçinə qatıq və ya sirkəni əlavə edərək qarışdırın. Bu zaman süd kəsilməyə, yumrulanmağa başlayacaq. Südün bir az da ilıqlaşmasını gözləyin. Daha sonra xırda gözlü süzgəcdən süzün. Süzgəcin içərisində 10-15 dəqiqə saxlayıb yaxşı süzülməsini gözləyin. Toplanan suyu içə bilərsiniz.

Firuzə Alimova / TurpKimi.com