“Bu Ramazanda çadırlarda iftar süfrələri təşkil oluna bilər...”


Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev...

bu-ramazanda-cadirlarda-iftar-sufreleri-teskil-oluna-biler
30.03.2022 23:58 1 dəq oxuma

“Operativ Qərargah tərəfindən şadlıq, yaxud yas mərasimləri üçün də çadırların qurulmasına qoyulmuş məhdudiyyətlər də aradan qaldırılıb..."

“Şükürlər olsun ki, bu ilki Ramazanı biz, demək olar ki, sərt pandemiya dövründə qarşılamırıq. Yəni dövlətimizin gördüyü tədbirlər, kütləvi peyvəndlənmə sayəsində yoluxma sayının azalması nəticəsində əksər qadağalar aradan götürülüb”. 

Bunu Moderator.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev söyləyib.

"Xüsusən də pandemiya ilə bağlı kütləvi toplanma qadağalarının ləğv edilməsi çox sevindiricidir. Odur ki, bu baxımdan Ramazan ayındakı bütün mərasimlər də heç bir məhdudiyyət olmadan əvvəlki illərdəki kimi tam rahat şəkildə keçirilə bilər. Və heç bir say və məsafə məhdudiyyəti olmadan kütləvi iftar süfrələri açılmasına şanslar var.  Yəni hər bir mömin belə iftar süfrələri təşkil edə bilər. Eləcə də bir-birimizin evlərində də təşkil olunmuş Ramazan süfrələrində rahatlıqla iştirak edə bilərik” 

QMİ rəsmisi “Ötən illərdəki kimi şəhər və kəndlərimizdə ictimai nəqliyyatın hərəkətinə mane olunmayan yerlərdə iftar çadırları da qurula bilərmi?” sualını da  cavablandırıb.

“Bəli, artıq həmişəki kimi çadırlarda da iftar süfrələri təşkil oluna bilər. Çünki Nazirlər Kabineti yanındakı Operativ Qərargah tərəfindən şadlıq, yaxud yas mərasimləri üçün də çadırların qurulması, eləcə də belə tədbirlərin mərasim zallarında  keçirilməsinə qoyulmuş məhdudiyyətlər də aradan qaldırılıb”- deyə din xadimi vurğulayıb.

TurpKimi.com