Bu resept sadəcə MÖHTƏŞƏMDİR


Mədə-bağırsaq yaraları, bağırsaq qurdları, köp, iltihabi xəstəliklər...

bu-resept-sadece-mohtesemdir
31.08.2022 09:23 2 dəq oxuma

"Həqiqətən bu resept möhtəşəm bir reseptdir. Mən insanların bu reseptdən istifadə edib necə şəfa tapdıqlarını gördükdən sonra belə bir başlıq qoydum. Əvvəlcə resepti, sonra faydalarını yazım".

TurpKimi.com həkim-fitoterapevt Fizuli Hüseynovun sağlamlıq reseptinin hazırlanma qaydasını təqdim edir:

"İki orta xörək qaşığı (böyük qaşıq olmasın) boymadərən, 2 orta xörək qaşığı (böyük xörək qaşığı olmasın) dağtərxunu götürürsünüz. Bir litr soyuq suya qarışdırıb yavaş-yavaş isidib 2 dəqiqə qaynadın, sonra 2 saat gözləyib yenidən isidin. Adi, çay dəmləyən kimi 10 dəqiqə dəmləyin, oddan götürdükdən sonra ilıq olana qədər gözləyin, sonra 2 xörək qaşığı bal qarışdırın. Soyuyandan sonra bu bir litri gün ərzində için. Həm yeməkdən əvvəl, həm də yeməkdən sonra içə bilərsiniz. Müalicə müddəti 1 aydır. Təkrar içmək istəsəniz 15 gündən sonra içə bilərsiniz".

Fitoterapevt çayın faydalarını belə izah edir:

"Mədə-bağırsaq yaraları, (qastrit, kolit) mədə, bağırsaq, mədəaltı vəz xərçəngi, bağırsağın xora xəstəliyi,(qeyri-spesifik xoralı kolit). Maraqlıdır ki, tərkibində bal olmasına baxmayaraq, şəkər xəstələrinə olduqca əla təsir edir (amma mən ehtiyat edib şəkər xəstələrinə balı 1 xörək qaşığı qarışdırmağı məsləhət görürəm). Bağırsaq qurdları (askarid, enterobioz, lyambliyoz), böyrəyin sidik kisəsinin iltihabi xəstəlikləri (tez-tez sidiyə getmələrdə), ümumi zəiflikdə... Xatırladım ki, çay orqanizmi çox gümrahlaşdırır, müxtəlf mənşəli köpmələrdə, qaraciyər fermentlərinin (ALT, AST, xolesterin, bilrubin yüksəkliyində və sair), öd qatılığında (ağızın acı olması) və revmatizmlərdə bu çayın içilməsi olduqca faydalıdır. Çayın heç bir ziyanlı tərəfləri yoxdur, sadəcə istifadə zamanı fərdi olaraq kimlərəsə əlavə yan təsirləri və ya allergiya olarsa, qəbulu dayandırmaq lazımdır.

5 yaşdan aşağı uşaqlara vermək olmaz, əgər vermək istəsəniz hərəsindən 1 çay qaşığı 2 stəkan suda hazırlayıb 2 çay qaşığı bal qarışdıra bilərsiniz".

Yazılıb: 01.05.2022

Firuzə Alimova / TurpKimi.com