Bu salata doymayacaqsız - Bostana


Yayda turşməzə, yüngül və iştah açan, yemək dadmaq istəyirsinizsə, "Bostana" salatı mütləq hazırlamalısız.

bu-salata-doymayacaqsiz
07.07.2025 15:39 1 dəq oxuma

Türkiyənin Urfa şəhərinə aid maraqlı bir yay salatı resepti var.  

TurpKimi.com olaraq reseptini oxucularımızla bölüşürük:

 

Bostana Salatı üçün lazım olanlar

• 6 ədəd pomidor
• 2 ədəd xiyar
• 1/2 ədəd quru soğan (və ya 1 kiçik soğan)
• 2 ədəd yaşıl bibər
• 1/2 dəstə cəfəri

Sousu üçün:

• 1/2 çay stəkanı zeytun yağı
• 3 yemək qaşığı nar turşusu
• 1 yemək qaşığı istiot (istəyə görə azaldıla bilər)
• 1 yemək qaşığı sumax
• 1 yemək qaşığı pomidor tomatı
• 1 yemək qaşığı bibər tomatı
• 1 çay qaşığı duz

Bostana Salatı Necə Hazırlanır?

Sous üçün:

Bütün sous tərkiblərini bir qaba əlavə edib yaxşıca qarışdırın.

Salat üçün:

Pomidorların qabığını soyun. 1 ədədini rəndələyin, qalanlarını kiçik kub şəklində doğrayın.

Xiyarların qabığını soyun və kub-kub doğrayın.

Yaşıl bibərlərin toxumlarını çıxarıb xırda doğrayın.

Soğanı yeməklik doğrayın.

Cəfərini xırda-xırda doğrayın.

Bütün doğranmış ərzaqları bir qaba toplayın və üzərinə sousu əlavə edin.

Yaxşıca qarışdırın və servis edin.

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com