Bu şəxslər COVID-19 virusuna yoluxmayacaq - VİDEO


Professor Adil Qeybulladan açıqlama...

bu-sexsler-covid-19-virusuna-yoluxmayacaq
22.04.2021 11:00 1 dəq oxuma

"Virusun immun sistemindən yayılması anlayışı düzgün deyil. Yəni, immun sisteminin gec tanıması var. Birmənalı sübut olunub ki, interferon kifayət qədər yüksək olan xəstələrdə virus orqanizmə düşdükdə o, foqositoz bazasında məhv olur. Demək olar ki, orqanizm bu virusu keçirmir".

TurpKimi.com xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Nə Baş Verir?" verilişində qonaq olan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, COVID-19-un bir neçə dəfə dalğası olsa belə elə insanlar olacaq ki, onlarda həmin xəstəlik təzahür etməyəcək:

"Amma bütövlükdə mutasiya etdikcə virus yeni bir xarakteristika ilə orqanizmə daxil olur və immun sistemi dərhal ona qarşı müqavimət göstərə bilmir. Bu müqavimət üçün gərək əks cisimlər yaransın, immun sisteminin mexanizmləri işə düşsün. Bu, bir-iki günə işə düşən mexanizmlər deyil".