Yeni Zelandiya gələcək nəslə siqaret çəkməyi rəsmən qadağan edib.
Ölkədə 2023-cü ildən qüvvəyə minəcək qadağaya görə, 2008-ci ildən sonra doğulanlar ömürlük siqaret ala bilməyəcək.
Yeni Zelandiyanın səhiyyə nazirinin müavini Ayesha Verrall parlamentdə bu gün qəbul edilən qanunla minlərlə insanın daha uzun və sağlam ömür sürəcəyini qeyd edib.
O, səhiyyə sisteminin siqaretin səbəb olduğu xərçəng, infarkt və insult kimi xəstəlikləri müalicə etmək məcburiyyətində qalmayacağını bildirib və qeyd edib ki, bununla 5 milyard dollar qənaət ediləcək.
Yeni Zelandiyanın bu qərarla insanlara siqaret satışını qadağan edən qanun qəbul edərək, hər il siqaret çəkmə yaşını qaldıran ilk ölkə olduğu bildirilir. Siqaretə çıxışı çətinləşdirmək üçün qanuni nikotinin miqdarının azaldılması və siqaretin yalnız şəxsi mağazalarda satışı kimi digər tədbirlərin görüləcəyi bildirilib.
Siqaret satışına icazə verilən mağazaların sayının 10% azaldılmasını da ehtiva edən qanun 2023-cü ildə qüvvəyə minəcək.//Azxeber.com