Mayın 6-da Operativ Qərargahın brifinqi keçirilib.
Mayın 10-dan etibarən bütün ölkə üzrə yaşı 18-dən yuxarı vətəndaşlar vaksinasiyaya qatıla bilər.
TurpKimi.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.
Onun sözlərinə görə, cəmiyyət məsuliyyətlilik prinsipinə uyğun olaraq hamılıqla vaksinasiyaya qatılmalıdır:
"Hər bir vətəndaşı vaksin olunmağa çağırıram".
TurpKimi.com