"Yüksək bal topladığı halda bakalavr, magistr pillələrinə ödənişli əsaslarla qəbul olan şəxslər əgər dövlət sifarişi üzrə boş qalan yer olarsa, o zaman ödənişsiz təhsil ala biləcəklər".
TurpKimi.com xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Ekspert bildirib ki, bu qərar qrup üzrə ödənişli əsaslarla oxuyan ən yüksək bal toplamış tələbələrə şamil ediləcək:
"Bu vaxta qədər istər bakalavr pilləsi üzrə, istərsə də magistratura pilləsi üzrə imtahan verən namizədlər məsələn, magistratura pilləsinə 100 ballıq şkala üzrə, bakalavr pilləsinə 700 ballıq şkala üzrə müvafiq bal toplayırdılar. O bal dövlət sifarişi əsaslı yerlərə qəbul olmağa imkan yaradır. Amma abituriyentlər təəssüflər olsun ki, səhv seçimlər ucbatından gedib ödənişli əsaslarla ixtisaslara qəbul olurdular.
Deyək ki, bakalavr pilləsində 490 bal, yaxud magistr pilləsində 70 bal toplayıb. Amma adam ixtisasda ödənişli əsaslarla oxuyur. Digər hansısa bir abituriyent və yaxud bakalavr müvafiq bal toplayıb - 71 və yaxud 68 bal və bu adam oxuyur dövlət sifarişində.
Belə olan halda nazirlər Kabineti tərəfindən verilən qərar əsasında Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığı əsasında həmin abituriyentlər və yaxud bakalavrlara ixtisasının dövlət sifarişi üzrə yerləşməsi təklif olunacaq. Yəni əgər abituriyent yaxud da bakalavr istəyirsə ki, öz ixtisasını dövlət sifarişi üzrə oxusun, o zaman həmin şəxs dövlət sifarişinə transfer olunacaq.