Bu təyyarənin içini mütləq görməlisiniz! - FOTOLAR-VİDEO


64 yaşlı təqaüdçü elektrik mühəndisi Bruce Campell həyatı boyu yaradıcı ideyalarını həyata keçirmək üçün işləyib.

bu-teyyarenin-icini-mutleq-gormelisiniz
12.04.2020 21:41 2 dəq oxuma

20 yaşında olarkən Oreqondakı Hillsboro meşələrində 23 min dollara 1 hektar ərazi satın alıb. Onun bu ərazi haqda əvvəlcədən planları olub. Köhnə bir təyyarə də alaraq dünyanın ən bənzərsiz evini yaratmaq üçün ilk addımını atıb. 

Campbell əvvəlcə gəmidən ev düzəltmək istəyib. Amma dünyada belə bir evin artıq hazırlandığını eşidib. Fikrindən dönməli olub.  

Planından 20 il keçir və Campbell təyyarədən evin hazırlandığı haqda məlumat eşidir. Missisipidə bərbərlik edən Joanne Ussery Boeing 727 alaraq özünə ev hazırlayıb. Onun evi yandıqdan sonra çayın kənarında olan köhnə təyyarədən ev qurub. Bu addım Campbelli düşündürür və o da təyyarədən bənzərsiz bir ev yaratmaq fikrinə düşür.  

Boeing 727

Campbell 1999-cu ildə "Olympic Airways"dan bir Boeing 727 təyyarəsini 100  min  dollara satın alır. Təyyarənin Oreqondakı meşəyə gətirilməsi daha çox pul tələb edirdi. Təyyarə Yunanıstanın Afina şəhərindən ABŞ-a, Oreqona gətirilməli idi.  Nəqliyyat xərcləri  təxminən 120 min dollara gəlib çatır. Ümumilikdə təyyarə 220 min dollar başa gəlir. 

Bütün bu çətinliklər  mühəndisin çəkdiyi əziyyətə dəyir. Təyyarəni elə bir evə çevirir ki, dünyada bənzəri yoxdur. 

Təyyarənin içində ehtiyacınız ola biləcək bütün rahatlıq var. Kreslolar və tualet təyyarənin original elementlərinin bir çoxu olduğu kimi saxlanıb. Campbell bir paltaryuyan maşın və hamam  belə əlavə tikib. 

Boeing 727 əslində daha zəngin bir həyat tərzi vəd edir. Amma Campbell  burada sadə həyat tərzi sürür. Sadə bir döşəkcənin üzərində yatır, mikrodalğalı soba və çörək qızartma maşınından istifadə edir. Taxıl və konserv yeməkləri yeyir və bəzi məhsulları özü əkir. 

Bu möhtəşəm təyyarə evinin içini görmək üçün aşağıdakı videoya baxa bilərsiz. 


Vüsalə Əlövsətqızı, TurpKimi.com