Bu üç qida insanı yüz yaşadar - İbn Sinanın qeydlərindən


Orta əsrlər dövrünün ən böyük müdrik təbiblərindən biri olan İbn Sina min illər bundan qabaq sağlamlığın, uzunömürlülüyün sirrinə dair tutarlı araşdırmalar etmişdi.

bu-uc-qida-insani-yuz-yasadar
30.04.2023 22:38 1 dəq oxuma

Təbabət elminə dair yazdığı qızıl əsərlər hələ də araşdırılır,  müasir təbabətdə istifadə edilir. 

TurpKimi.com İbn Sinanın sağlam və uzunömürlü olmaq üçün kiçik bir tövsiyəsini oxucularla bölüşür. 
 İbn Sinaya görə sağlam qidalar ömrü uzatmağa kömək edir. Ömrü uzadan 3 əsas qida var:
 
ŞAM FISTIĞI 

K vitamini baxımından zəngin nadir qidalardan biri olan şam fıstığını xüsusilə üz iflici keçirmiş insanlar  istehlak edərsə şəfa tapar. 

C vitamini də ehtiva edən şam fıstığı iflicin səbəb olduğu hüceyrə pozulmalarını təmir etməyə kömək edir. 

GİCİTKƏN 

Boğaz və ağciyərlərdəki mukus azaldığında adam nəfəs almaqda çətinlik çəkir.  Bu da ümumiyyətlə viruslardan qaynaqlanan mukuslardakı nəm nisbətinin azalmasına gətirib çıxardır.

Nəfəs aldıqca sinə gərilir və öskürmə baş verir.  İbn Sina bunun qabağını gicitkənlə almağı məsləhət görüb.
Vücuda dəydikdə dəridə qaşıntıya səbəb olan gicitkəni qaynadıb istehlak edərək boğaz və ağciyərlərdəki mukusların nəm nisbətini artıra bilərsiz. Gicitkənin tərkibində olan və dəriyə yandırıcı təsir edən maddə sayəsində bədəndəki bütün viruslar hüceyrələrə ya da orqanlara yapışmaz. 

PAXLA 

Yaş artdıqca  dəridəki hüceyrələr daha çox deformasiyaya uğrayır. Bu da dəridəki parlaqlığı itirir və canlılığı azaldır.  İbn Sina bu vəziyyətin yaşanmaması üçün uşaqlıq çağından etibarən nizamlı olaraq paxla istehlak edilməsini tövsiyə edir.

Vüsalə Əlövsətqızı,TurpKimi.com