Cəmiyyətdə çoxları arıqlamaq üçün alternativ yollar axtarır.

TurpKimi.com xarici mediaya istinadla asan və doyurucu pəhrizi təqdim edir:
Bunun üçün 3 nemətdən istifadə etmək lazımdır.
Yulaf

Yulaf zülalla zəngin ləzzətli və bəsləyici qidadır. Yulafda olan zülal və müxtəlif minerallar orqanizmin gündəlik zülal ehtiyacını ödəməyə kifayət edir.
Qatıq

Qatıq isə piyin əriməsində təsiri olan qida qaynağıdır. Bundan əlavə metabolizmanı sürətləndiririr. Lazımsız yağları əridib orqanizmdən xaric edir.
Xurma

Xurma qandakı şəkəri tənzimləyərək yaddaşı gücləndirir. Diabet və yüksək qan təzyiqinə xeyirdir. Doğuş vaxtı rəhmin asan açılmasını təmin edir və zahılıq dövründə də orqanizmin ehtiyacı olan vitaminləri qarşılayır. Güclü antioksidant qaynağıdır.
Bu qidalar bir araya gələndə vücuddakı yağları yandırır və toxluq hissini xeyli dərəcədə artırır.
Ləvazimatlar:
4 dənə xurma
1 kasa qatıq
1 fincan yulaf əzməsi
Hazırlama qaydası:
Xurmaları ikiyə bölün. Digər ərzaqlarla birlikdə qarışdırın. Həddindən artıq yağlı, duzlu və şəkərli yeməklərdən uzaq duraraq, balanslı bəslənməyə diqqət edərək əsas yemək kimi yeyə bilərsiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com