Bu xəbəri oxuyandan sonra... - Yataq dəstini tez-tez dəyişəcəksiz


Aparılan araşdırmalara görə tez-tez dəyişdirilməyən yataq dəstləri insan sağlamlığına zərərlidir. 

bu-xeberi-oxuyandan-sonra
25.07.2022 08:33 1 dəq oxuma

TurpKimi.com xəbər verir ki,  Filip Tiernoinun apardığı araşdırmalara görə gec dəyişdirilən yataq dəstləri bakteriya və göbələklərdən ibarət "botanika bağçası"na oxşayır.  

Nyu- York universitetinin mikrobioloqu Filip yastıq və yorğan üzlərinin künclərində yaşayan  mikroskopik canlıların müxtəlif cür xəstəliklərə səbəb olduğunu bildirir.  

Xəstəliklərin qarşısını almaq üçün yataq dəstləri həftədə 1 dəfə dəyişdirilməli və yuyulmalıdır. 

Aparılan araşdırmalara görə, 1.5 ildən 20 ilə qədər istifadə edilən yataq dəstlərində 17 fərqli göbələk növü yaşayır.  Elmi tədqiqatlara görə, insan ildə 118 kilo tərləyir.  Mühitin isti və rütubətli olması həşəratların çoxalmasına kömək edir.  

Filip Tierni insanlara yataq dəstlərinin dəyişdirilməsi ilə bağlı xəbərdarlıq da edib:

"Küçədə it və pişiklərə əl vurduqdan sonra əllərinizi yumağa ehtiyac duyursunuzsa,  yataq dəstlərini də həftədə bir dəfə yumalısız".

İnsanların 36 faizi yataq dəstlərini 2-3 həftədən bir yuyur. 14 faizi isə çox gec dəyişdirir. Bakteriya və göbələklər yuyulmayan yataq dəstlərində daha tez yayılır.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com

22-04-2019