Bu xüsusiyyətlər sizin nə qədər ağıllı olduğunuzu göstərir - Yeni araşdırma


Bu zamana qədər hamımız eynək taxan insanların ağıllı olduğu haqda şablon ifadələr eşitmişik. İnananlar da olub, inanmayanlar da. 

bu-xususiyyetler-sizin-ne-qeder-agilli-oldugunuzu-gosterir
11.11.2021 14:24 3 dəq oxuma

Edinburgh Universitetində aparılan araşdırmaya görə insan bədənində mövcud zəkanı göstərən  xüsusiyyətlər var. TurpKimi.com həmin xüsusiyyətləri təqdim edir:

1- Hündürboylu olmaq

Hündürboylu insanlar ümumiyyətlə qısaboylu insanlardan daha ağıllıdır. Bir nəzəriyyəyə görə hündür olmaq insanlara status qazandırmağa kömək edir; buna görə tarixən uzunboylu insanların liderlik üçün daha çox fürsəti olub. Uzunboylular daha yaxşı işlərə sahib olmağa meyl edir, ailələrinin davamçılarını daha yaxşı öyrədə bilirlər. 

2- Böyük sinə

Bir araşdırmaya görə böyük sinəli qadınlar daha yüksək zəkaya sahibdirlər. Araşdırmada ortalama sinə ölçülərinə sahib olan qadınların da kiçik sinəlilərdən daha ağıllı olduqları üzə çıxıb. 

3- Mavi gözlər

Mavi gözlər yüksək zəkanı işarə edə bilər. Məsələn, Stephen Hauking və Marie Curienin mavi gözləri var idi. Qəhvə rəngli gözlərdən daha az piqmentə sahib olan işıq, mavi gözlərə qəhvə rəngli gözlərə nisbətən daha çox nüfuz edir. Bu eyni zamanda gözlərin işığa qarşı daha həssas olmasına da səbəb olur.

4- Böyük baş

Beynin böyüklüyünün zəkaya nə qədər təsiri olduğu mübahisəli məsələ olub.  Ancaq böyük başa sahib olmaq sizi daha ağıllı edə bilər. Bu düşündüyünüz səbəblərlə bağlı deyil. Beynin içindəki neyron sıxlığının aşağı olması beyninizin məhsuldar işləməsinə kömək edə bilər.

5- Geniş alın

Çincə üz oxuma tətbiqinə görə geniş bir alına sahib olmaq zəka və bacarığa işarədir.  Ümumiyyətlə, geniş alınlı insanların məsuliyyətli olduğuna və bir iş söz mövzusu olduğunda uzun şərhlərə ehtiyac duymadıqlarına inanılır.

6- Qulaq simmetriyası əskikliyi

Aparılan araşdırmalara görə qulaqları daha az simmetrik olan insanlarda, yəni bir qulaq məməsi və ya barmağı digərindən daha uzun olanlarda liderlik ruhu daha çoxdur və öz mənfəətlərini ön planda tuturlar. 

7- İncə və gülümsəyən dodaqlar

Alimlərin araşdırmalarına görə incə, gülümsəyən dodaqları olanlar daha ağıllı görünürlər. Aparılan müşahidələrin nəticələrinə görə kədərli dodaqlar, insanların zəkadan kasad olduqlarına işarə edir. 

8- İti çənə

Bir insanın çənəsinin kiçik və iti olması o insanın nə qədər ağıllı olduğunu  göstərir. Böyük  çənə  az ağıllı olduğunu vurğulayır. 

9- Bədən tükləri

Daha qalın bədən tüklərinə sahib kişilərdə  intellekt səviyyəsi,   IQ dəyərləri daha yüksək olub.  Amerikada tibb sahəsində təhsil alan tələbələr üzərində aparılan araşdırmaların nəticələrinə  görə ölkədəki uğurlu  kişi həkimlərin təxminən yarısı çox tüklüdür. 

10-  Roma burnu

"Nazoloji" adlı 19-cu əsrin saxta alimi adamın burnunun şəkli ilə əxlaqi xarakteri arasında əlaqə olduğunu iddia edib  və bununla birlikdə Roma dövrü burnuna sahib olan  adamın qərar qəbul etməkdə daha yaxşı olduğunu bildirib.  Düz və sümüklü  burnu olanlar incə sənətlərə maraq göstərirlər  və qabiliyyətləri ilə seçilirlər.  Geniş burun dəlikləri  olanlar isə ciddi  zehinə sahib olurlar. 

11- Qısa işarət barmağı

Barmaq uzunluğu IQ səviyyəsini əvvəlcədən təyin edə bilər. Mövzuyla əlaqədar aparılan araşdırmada işarət barmağı daha kiçik olan uşaqların riyaziyyatda daha çox uğur  qazandığı  məlum olub. İşarət barmağı ilə üzük barmağı daha kiçik olan uşaqların isə daha ağıllı fərdlər olduğu məlum olub.

12- Solaxaylıq

Solaxay insanlar ortalama  daha sürətli məlumat işləmələrinə kömək edən  böyük bir ünsiyyət gücünə sahibdirlər. Sağ əlini aktiv istifadə edən insanlara nisbətən daha yaxşı inkişaf etmiş sağ beyin yarımkürələri var.

13- İncə bel

Aparılan araşdırmalarda ombalardan daha kiçik  belə sahib, ya da bədəni qum saatı formasında olan qadınların zəif qadınlardan daha ağıllı olduğu məlum olub. Beli incə hamilə qadınların bədənlərində körpənin beyin hüceyrələrinin inkişaf etməsinə kömək edən  Omeqa3 yağ turşuları daha çoxdur. 

14- Ortalama kilo

Ağır çəki başqa bir şəkildə fərq yarada bilər. Araşdırmalar çəkisi çox olan kişi və qadınların ehtiyac duyulan sahələrdə  daha az beyin probleminə sahib olduğunu iddia edir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 08-12-2019