Əksər insanların əziyyət çəkdiyi problem...
Kral Tutanhamonun məzarından tapılan çörək otu Kleopatra tərəfindən gözəllik üçün, Hippokrat tərəfindən isə qara ciyər xəstəliklərində istifadə edilmişdir. Tərkibində bol miqdarda olan timokinon maddəsi antikanserogen təsirə malikdir.
TurpKimi.com bildirir ki, min illərdir alternativ tibbin müalicəvi üsullarında istifadə olunan çörək otu yağı keçmək bilməyən ayaq qoxusunun qarşısını almaqda möcüvəzi vasitələrdən biridir. Bu müalicə vasitəsi hətta aparılan təcrübələrlə də təsdiq edilib.
Ayaq qoxusundan təbii yolla qurtulmaq istəyənlərə çörək otu yağından necə istifadə ediləcəyini təqdim edirik.
Efir yağları (uçucu) arasında yer alan çörək otu yağını ayaqlarınızı təmizlədikdən sonra bir neçə damcı töküb ovxalayın, dabanlarınıza sürtün. Daha sonra corablarınızı geyinin. Bu şəkildə sürtüb yata da bilərsiniz.
Davamlı etməklə ayaq qoxusuna əlvida deyəcəksiniz.
Yazılıb: 19.03.2022
Firuzə Alimova / TurpKimi.com