Bu yağlar ürək xəstəliyinə tutulma riskini artırır - ÜST


Ümumdünya Səhiyyə Təşkilatı dünyada təxminən beş milyard insanın bitki tərkibli yağ səbəbindən ürək xəstəliyinə tutulma riski altında olduğunu açıqlayıb.

bu-yaglar-urek-xesteliyine-tutulma-riskini-artirir
24.01.2023 23:33 1 dəq oxuma

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəzi hökumətlərin qida məhsullarında zərərli maddələrin istifadəsinin qarşısını almaq üçün tədbirlər görməməsi səbəbindən milyardlarla insanın ürək xəstəliyinə tutula biləcəyini bildirib.

Avstraliya, Ekvador, Misir, Pakistan və Cənubi Koreya da daxil olmaqla 16 ölkənin yarıdan çoxu qarışıq yağların istifadəsini qadağan etmək üçün heç bir tədbir görməyib.

Qablaşdırılmış qidalarda, bişmiş məhsullarda, yemək yağlarında tapıla bilən qarışıq yağlar hər il yarım milyon insanın ürək xəstəliklərindən vaxtından əvvəl ölümünə səbəb olur.

Qeyd edək ki, Amerika və Avropanın bir çox inkişaf etmiş ölkələri qismən hidrogenləşdirilmiş yağları qadağan etməklə qarışıq yağların istifadəsini mərhələli şəkildə dayandırıblar.

2023-cü ilə qədər qarışıq yağların istifadəsini aradan qaldırmağı hədəfləyən ÜST-nin Baş Direktoru Tedros Adhanom Ghebreyesus verdiyi açıqlamada, "Qarışıq yağlar insanları vaxtından əvvəl öldürən zəhərli kimyəvi maddədir və qidada yeri olmamalıdır”, - deyə bildirib. (Azxeber.com)