Bu yaşdan aşağı uşaqlara maska taxmayın! - ÜST


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) koronavirusa qarşı tibbi maskaların hansı yaşdan istifadə olunmasına dair tövsiyələr verib.

bu-yasdan-asagi-usaqlara-maska-taxmayin
23.08.2020 21:22 1 dəq oxuma

Bu barədə ÜST-ün saytında məlumat yer alıb.

Qeyd olunur ki, təşkilatlar koronavirus pandemiyası ilə əlaqədar 5 yaşdan kiçik uşaqlardan maska taxılmasını tələb etməməyi məsləhət görür:
“Bu, uşağın təhlükəsizliyinə və ümumi maraqlarına, eləcə də maskanı minimal yardımla lazımi qaydada istifadə etmək qabiliyyətinə əsaslanır”.

Eyni zamanda, hər iki təşkilat 6-11 yaşlarında olan uşaqlar üçün bir neçə amili nəzərə almağı tövsiyə edir. Belə ki, söhbət onun maskanı ​​etibarlı və düzgün istifadə etməsi, yaşadığı yerdə virusun yayılması səviyyəsindən gedir.

Eyni zamanda, ÜST və UNICEF ​​12 yaşdan yuxarı uşaqlar üçün maskadan istifadəni tövsiyə edir. (APA)