“Qocalara arıqlamaqla məşğul olmaq tövsiyə olunmur”.
Bunu gerontoloq Yuri Konev “Sputnik” radiosuna müsahibəsində söyləyib.
“Ahıl və qocaların arıqlamağının əks-təsirli olmasına dair vahid fikir var. Metabolizmdə dəyişiklik fizioloji parametrlərin dəyişməsinə səbəb olur. Bu göstəricilər yaşlı insanın sağlamlığına mənfi təsir göstərəcək”, - mütəxəssis bildirib.
Eyni zamanda, uzmanın fikrincə, orqanizmin lazım olandan çox qida tələb etməməsi üçün insanlar 60 yaşadək çəkisini normaya gətirməlidir:
“Enerji tələbatı yaşa görə azalır, genişlənmiş mədə isə yemək istədiyini bildirir. Burada dissonans mövcuddur, çünki mədə bizə ac olduğumuzu bildirir, qidalandığımız yeməyin həcmini isə yaş ötdükcə azaltmaq lazımdır”. (Report)