Bu yazını oxumasanız daha yaxşı olar - Çox təəccüblənəcəksiniz


Texnologiya nəhəngləri bizdən nəyi gizlədir?

bu-yazini-oxumasaniz-daha-yaxsi-olar
01.07.2019 23:19 3 dəq oxuma

Əksəriyyətimiz iş və ya tələbə həyatımızda davamlı olaraq texnologiyanın təqdim etdiyi cihazlara məruz qalırıq. Bu gün azyaşlı uşaqların ağıllı lövhələr üzərində dərs oxuduğu, evə gəldikləri zaman istirahət vaxtlarını belə tablet və ya telefonda oyun oynayaraq keçirdikləri müşahidə edilir. Eyni vəziyyət yetişkin insanlar üçün də keçərlidir. Hər birimiz davamlı olaraq tablet, telefon və kompüterin ekranlarına məruz qalırıq. Bu hal texnoloji cəhətdən nə qədər inkişaf etdiyimizi, irəli getdiyimizi göstərmiş kimi görünsə də elmi araşdırmalar bu inkişafa “dayan” deməyimizi göstərir.

TEXNOLOGİYA NƏHƏNGLƏRİ ÖZ İXTİRALARINDAN BİZİM QƏDƏR İSTİFADƏ ETMİRLƏR...

Heç birilisiniz ki, istifadə etdiyimiz texnoloji cihazların ixtiraçıları onlardan bizim qədər istifadə etmir və sərhəd qoyurlar. Məsələn, “Microsoft”un sabiq CEO-su Bill Qeyts qızının kompüterdən istifadə etməsinə məhdudiyyət qoymuş və uşaqlarına 14 yaşına qədər telefon almayıb.

Eyniylə Stiv Jobs da uşaqlarına iPad-dən istifadə etməyi qadağan etmiş və 2011-ci ildə verdiyi müsahibəsində “evdə övladlarımızın texnologiyadan istifadə etməsinə məhdudiyyət qoymuşuq” açıqlamasını vermişdir. Silikon Vadisində olan məktəblərdəki tədris metodunda da texnologiyadan çox az istifadə edildiyi bildirilir. Məktəblərin çoxunda ağıllı lövhə yerinə, qara lövhədən istifadə edilir.

Texnoloji məhsulları hazırlayanların özlərinə məhdudiyyət qoymaları bizi narahat etməlidir. Elmi araşdırmalara baxanda öz ixtiralarından ailələrini uzaq tutmaları üçün onların özlərinə görə haqlı səbəbləri var.

Ağıllı telefon və tabletlərin insanlarda asılılıq yaratması haqda çox yazılıb. Bu asılılıq diqqət dağınıqlığı yaradır, iş qabiliyyətini azaldaraq beynə zərər verir və istehsal gücünü azaldır. Asılılığın təsirlərindən biri də beynə fiziki zərər verərək iradə zəifliyinə gətirib çıxarmasıdır.

MOBİL TELEFONDAKI RADİASİYA BEYNİ DƏYİŞDİRİR...

Uzun müddətdir ki, istifadə etdiyimiz telefonların yaratdığı elektromaqnit sahəsinin beyin üzərindəki təsirləri araşdırılır. 2017-ci ildə siçanlar üzərində aparılan bir araşdırmaya görə, uzun müddət radio tezliyindəki elektromaqnit dalğalarına məruz qalmaq sinir zədələnmələrinə və davranış pozulmalarına səbəb olur. Araşdırmada mobil telefonların başa yaxın tutulmasının təsirləri siçanlar üzərində sınaqdan keçirilib. Radio tezliyində elektromaqnit dalğalara məruz qalarkən sinir hüceyrələrindəki miyelin divarlarına  zərər verdiyi və hiperaktiv davranışlara səbəb olduğu müşahidə olunub.

Bir ildən çox radiasiyaya məruz qaldıqda beyində formal yaddaşın inkişafına ciddi şəkildə təsir etdiyi görülüb. Formal yaddaş isə beynin sağ tərəfindədir və mobil telefonu sağ qulağına tutaraq danışan yeniyetmələrdə bu təsir daha aydın görünüb. Telefon, mesajlaşarkən və ya oyun oynayarkən başdan uzaq tutulduqda eyni təsirdə olmur.

MAVİ  İŞIQ...

Təəssüflər olsun ki, telefon və tabletlərin yeganə zərərli təsiri yaydıqları elektromaqnit dalğalar deyil. Həmin cihazlardan məruz qaldığımız mavi işıq da gözlərimizə ciddi ziyan verir. Araşdırma zamanı mavi işığın sarı nöqtə xəstəliyinə səbəb olduğu göstərilib. Bu xəstəlik zamanı retinadakı fotoreseptor hüceyrələri ziyan görür. Bu hüceyrələrin işığı qəbul edərək beynə siqnal göndərmələri üçün retinal molekullara ehtiyacları olur. Yaxşı görə bilmək üçün retinal molekul davamlı olaraq yenilənməlidir. Araşdırmada mavi işığın təsirindən fotoreseptor hüceyrələrində retinal molekulların zəhərli kimyəvi molekullar yaratmasına səbəb olduğu görülüb. Bu isə fotoreseptor hüceyrələrini öldürmə potensialına sahibdir. Ona görə də araşdırmaçılar texnoloji cihazlardan yayılan mavi işıqdan mümkün olduğu qədər uzaq durmağı və qaranlıq mühitdə bu cihazlardan istifadə etməməyi məsləhət bilir.

Hətta gecələr mavi işığa məruz qalmaq gözə verdiyi zərərlə yanaşı, bədənimizdəki sirkadyan ritmləri pozaraq bioloji saata təsir edir.  Bu zaman sizin yuxunuz pozula, uzun müddət bədən və ruh sağlamlığınıza mənfi təsir edə bilir.

Firuzə Alimova / TurpKimi.com