Torpağa yalın ayaqla basdıqda bədənimizdə hansı proseslər baş verir?
Yalın ayaqla torpaq üzərinə gəzməyin insan sağlamlığına saysız faydası var. Son illər dayanmadan artan infeksion xəstəliklər və müxtəlif xərçəng növlərinin torpaqla əlaqəmizi kəsməkdən qaynaqlandığını bilirsinizmi?
Yalın ayaqların torpağa dəydiyi zaman bədəninizdə yaranan prosesləri təqdim edirik:
1 – Əvvəllər atalarımız torpağa ya çılpaq ayaqla basarmış, ya da ayaqqabı olaraq heyvan dərilərindən istifadə edərmiş. Bunun sayəsində bədənlərindəki elektrik potensialı balanslaşır, bütün hüceyrə və toxumalara fayda verən elementlər yerləşərmiş. Lakin bügünümüzdə müasirləşməklə insanlar plastik və kauçukdan istifadə edərək özlərini torpaqdan tamamilə uzaqlaşdırıblar.
2 – Mütəxəssislər son zamanlar gedərək artan xərçəng və müxtəlif infeksion xəstəliklərin insanların torpaqla əlaqəsini kəsməsindən qaynaqlandığını söyləyir. Araşdırmalara görə, sintetik kauçuklu ayaqqabılar elektronların transferinə icazə vermir. Lakin dəri dabanlı ayaqqabılar bu keçidi təmin edə bildikləri üçün çılpaq ayaqla gəzməyə ehtiyac olmur. Müxətəssislər bildirir ki, yalın ayaqla torpağa basmaq antioksidant təsiri bağışlayır.
3 – Xərçəng xəstəliyindən revmatizmaya qədər hər cür xəstəliyin qarşısını alır. Arterial sərtliyə, revmatizma və asma xəsətəliyinə səbəb olan enflamasyondur. Lakin torpağa yalın ayaqla basdıqda bu xəstəliyi yox edəcək gücə sahibdir. Torpaq sayəsində qırmızı qan hüceyrələri 280-a qədər artır. Bunun nəticəsində qana böyük miqdarda oksigen gedir. Və ağlınıza gələcək bütün ölümcül xəstəliklərin təhlükəsi aşağı enmiş olur.
4 – Diabet xəstəliyinə mane olur – Uşaqlarda rast gəlinən 2-ci tip diabet xəstəliyinin ən vacib səbələrindən biri də torpaqla təmasın kəsilməsidir. Aparılan araşdırmalara görə, heyvanlar üzərində keçirilən sınaqlar zamanı torpağa dəyməyən siçanlarda qan şəkərinin torpaq üzərində bəslənən siçanlardan çox olduğu müşahidə edilib. Xüsusilə də hamilə qalmamaq üçün həblərdən istifadə edən qadınlarda zeta potensialı çoxalır. Bu isə sonrakı dövrlərdə qadınlarda infarkt riskinin artmasına səbəb olur. Lakin torpaqla təmas zeta potensialını neytral hala gətirir və infarkt riskini aşağı salır.
Firuzə Alimova / TurpKimi.com
16-03-2019