Sevginin sağlamlığa faydaları...
Eşqə düşməyin sağlamlığa nə kimi faydaları olduğunu düşündünüzmü? O zaman biz sizə sevginin orqanizminiz üçün necə faydalı olduğunu yazacağıq, özü də sevə-sevə…
- TƏZYİQƏ YAXŞI TƏSİR EDİR
Bəli, səhv oxumadınız, eşq düşmək, sevmək təzyiqi aşağı salır. Aparılan elmi araşdırmalara görə, isti qucaqlaşmadan sonra 10 dəqiqəlik sevgi dolu söhbətləşmə təzyiqin aşağı düşdüyünü ortaya qoyub. Bədəndə artan rahatladıcı hormon oksitosin bu hisslərin təsiri zamanı artır. Təzyiqi tənzimləyən digər amillər isə bədəndəki stresin azalması, yuxunun keyfiyyətinin artması, özünə baxım və qidalanma rejiminin daha da yaxşılaşmasını təmin edir.
- XOLESTROLU AZALDIR
Sizə qəribə gələ bilər, amma sevmək xolestrola yaxşı təsir edir. Aparılan araşdırmalar birlikdə xoşbəxt yaşayan cütlüklərin bədənlərində stress hormonlarının az olmasıyla yanaşı, xolestrol səviyyələrinin də daha aşağı olduğunu göstərib. Xoşbəxt cütlüklərin qidalanma vərdişlərinin də yaxşı olması onlarda xolestrol səviyyəsini qoruyur.
- ÖMRÜ UZADIR
Birlikdə xoşbəxt yaşayan cütlüklərin tək yaşayan insanlarla müqayisədə daha uzun yaşadıqlarını bilirdinizmi?! Belə ki təkcə yaşayan insanlarda depresiyanın və zərərli qidalanmanın, siqaret və spirli içkidən istifadənin daha çox olduğu müşahidə edilib. Elmi araşdırmalar təkbaşına yaşayan qadınların 2 il, kişilərin isə təqribən 6-7 il ömürlərinin qısaldığını göstərir.
- XOŞBƏXTLİK VERİR
Eşqə düşərkən beyinin ifraz etdiyi dopamin, endorfin və serotonin kimi hormonlar insana xoşbəxtlik verir, adətən bir növ antidepressant təsir yaradır, ürək damarları depressiyanın zərərli təsirlərindən qorunur. Sevgi deyərkən sadəcə iki qarşı cins arasında yaşanan duyğusal yaxınlaşma başa düşülməməlidir. İnsana hüzur verən ailə sevgisi, heyvan və təbiətə olan sevgi də ürəyin sağlamlığına müsbət təsir edir. Sevgi insana yük olmamalı, əksinə insanın həyatına xoş təsir bağışlamalıdır. Ona görə də sevgidə qəlb və beynin tarazlığını gözəl tənzimləmək lazımdır.
- İNFARKT RİSKİNİ AZALDIR
Sevgi uzun müddət infark riskini azaldır. Xoşbəxt və hüzurlu münasibət yaşayan cütlüklərdə yuxu keyfiyyəti artır, infark riski azalır. Sevgi, stres aleyhinə peyvənd olaraq göstərilir və bədəndəki stress hormonu kortizolun azalmasına, şəkər və xolestrolun tənzimlənməsinə səbəb olur, damarları isə qoruyur.
- İMMUN SİSTEMİNİ GÜCLƏNDİRİR
Sevgi eliksirinin ən əhəmiyyətli elementi olan oksitosin ilə qan təzyiqində yaxşılaşma görülür. Bu isə bədənin immun sistemini daha da gücləndirir və damarlardakı iltihablaşmanı azaldır.
Firuzə Alimova / TurpKimi.com