Bu yazını oxuyandan sonra daha çox çiməcəksiniz - Dəniz suyunun 5 FAYDASI


Suyun tərkibindəki faydalı elementlər...

bu-yazini-oxuyandan-sonra-daha-cox-cimeceksiniz
21.08.2023 10:06 2 dəq oxuma

Dəniz suyu maqnezium, kalsium və kalimum kimi sağlamlığa faydalı olan bir çox minerallarla zəngindir.

TurpKimi.com bildirir ki, dəniz suyu dərini ölü hüceyrələrdən təmizləyir. Bunu edən isə sudakı duzdur. Bundan başqa, pilinq və stress aparan təsiri də var.

Bədəndəki toksinlərdən, mənfi ionlardan qurtulmaq üçün dənizdə 20 dəqiqə üzmək kifayət edir. Dənizə girdikdən 15 dəqiqə sonra genişlənən məsamələrə natrium, maqnezium və ya kalium ionları daxil olur. Bu ionlar bədəndəki hüceyrələrin yenilənməsini gücləndirir.

Saç və dəriyə faydası...

Dəniz suyunda olan sink duzun sıxlaşdırıcı xüsusiyyəti ilə birləşərək dərinin qocalmasını gecikdirir və yaraların sağalmasını sürətləndirir. Dəriyə nəmlik və parlaqlıq verir, toksinləri yox edir. Süzülmüş dəniz suyu eqzema, herpes, qurdeşən, sızanaq və sədəf kimi bir çox dəri xəstəliklərini müalicə edir.

Yodlaşdırılmış dəniz suyu baş dərisini təmizləyir, qaşınma və qıcıqlanmanı sakitləşdirir, qan axınını yaxşılaşdırır.

Ağrıkəsici və antibakterial təsir göstərir...

Dəniz suyunun səthi əzələləri rahatladan brom ifraz edir. Bu suda üzmək ağrıları azaldır. Həmçinin tərkibində antoviral və antibakterial xüsusiyyətlərə malik biokimyəvi maddələr var. Odur ki burun xəstəliklərini, astma və bronxiti aradan qaldırır. Bundan əlavə dəniz suyunun tərkibindəki yod qalxanabənzər vəzi stimullaşdırır. Beləliklə, hormonlar bədəndə daha yaxşı paylanır.

Sınıqları tez sağaldır...

Dəniz suyu bütün toxumalara, hətta sümüyün quruluşuna da faydalıdır. Sınıqlardan sonra müalicə dəniz mühitində aparıldıqda dəniz suyundakı kalsium sayəsində sağalma daha sürətli olur.

Tənəffüs yollarını açır...

Dəniz suyu tənəffüs problemi olan insanlar üçün tövsiyə olunur. Tənəffüs yollarına təmizləyici təsir göstərən dəniz aerozolları (dalğalar və cərəyanlar tərəfindən əmələ gələn dəniz suyu damcılarının qarışığı) apteklərdə satılan aerozollardan daha güclüdür.

Xəstəliklərin qarşısını alır...

Dəniz suyunun tərkibində olan elementlər bütün orqanizmi tənzimləyir. Buna görə də mövcud xəstəliklər üçün müalicəvi və profilaktik təsir göstərir. Dəniz mineralları dəridən asanlıqla keçir. Sonra hər bir orqan lazım olanı alır. Əzələlər üçün maqnezium və kalium, sümüklər üçün kalsium, tiroid üçün yod...

Bu, əzələlərin rahatlamasına, həm də məsamələrin genişlənməsinə imkan verir ki, bu da öz növbəsində bədənin müqavimətini gücləndirir.

Firuzə Alimova / TurpKimi.com