Bundan sonra elə hey piyada gəzmək istəyəcəksiz


Piyada gəzmək, yürüşə çıxmaq təkcə bədən üçün deyil, zehin üçün də faydalıdır. 

bundan-sonra-ele-hey-piyada-gezmek-isteyeceksiz
05.04.2022 03:38 2 dəq oxuma

TurpKimi.com piyada gəzməyin mümkün faydalarını təqdim edir:

Diyet saxlayanlar həkimin göstərişinə əsasən gündəlik yürüşə çıxmağı məcburiyyət kimi qəbul edirlər. Ancaq yürüş  arıqlamaqdan başqa çox şeyə çarədir. 

Həyatınızı gözəlləşdirmək üçün pul xərcləmədən gündə 30 dəqiqə gəzməyiniz kifayətdir. Hər gün 15-30 dəqiqə yürüşə çıxmaq yalnız xarici görünüşə deyil, ruhi sağlamlığa da təsir edir. 

Pozitiv düşünmək: Piyada gəzmək, yüngül  aerobik məşqlər Alzheimer riskini azaldar və zehin sağlamlığını da inkişaf etdirər. Zehnin yorulmasının  qarşısını alar və endorfinləri qoruyar.

Özünəinamı artırar: Özgüvəni aşağı olanlar yürüşə çıxmaqla bu hisdən xilas ola bilər və cazibədarlıqlarının fərqinə vara bilərlər. 

Qayğı və narahatlığı azaldar: Yürüşə çıxarkən beynin ifraz etdiyi maddə qayğı və narahatlığı azaldır.  

Yaddaşı gücləndirər: Piyada gəzmək beynin bir hissəsində hüceyrə meydana gəlməsini dəstəklər və bu bölgənin məsul olduğu öyrənmə qabiliyyətini inkişaf etdirərək yaddaşı gücləndirər.


Yaradıcılıq qabiliyyətinizi inkişaf etdirər: Beyninizə yeni fikirlərin gəlməsini istəyirsinizsə, açıq havada 30 dəqiqə gəzin.  Bu qısa müddətli yürüş yaradıcılığınıza əlavə dəstək verəcək.  Eyni zamanda enerji səviyyəniz artacaq, daha məhsuldar olacaqsınız.

Asılılıqla mübarizədə köməkçi olar: Narkotik, spirt, siqaret, yemək və seks kimi vərdişlər beyindəki dopamin istehsalını artırar. Bu da adama "həzz" verər. Eyni həzzi yürüşə çıxmaqla da ala bilərsiniz. Çünki templi yürüş əsnasında beyində mükafat hormonu, yəni dopamin ifraz olunar.

Hüceyrə meydana gəlməsini dəstəklər: Templi yürüş yeni beyin hüceyrəsinin meydana gəlməsini dəstəkləyər və beynin performansını artırar.

Depressiyanı azaldar: Xüsusilə təbiət qoynunda gəzinti D vitaminini artırar. Bu da depresiv simptomların azalmasına kömək edər. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

14-03-2021