Şüşə təmizləmək qadınların ən son görəcəyi işlər sırasındadır. Məcburiyyət olmasa çoxları şüşə təmizləmək istəməz.
Evdə hazırlayacağınız vasitə sizi şüşə silməyə həvəsləndirə bilər.
TurpKimi.com həm cibinizə, həm də sağlamlığınıza ziyan verməyəcək şüşə silmək üçün vasitənin hazırlanma qaydasını təqdim edir:
Ləvazimatlar:
2 stəkan su
1/4 stəkan alma sirkəsi
1/2 çay qaşığı qabyuyan maye
1 vedrə,
1 şüşə təmizləmə aparatı
Püskürdücü xortum
Sprey şüşə
Hazırlanması:
Hazırladığınız qarışığı sprey şüşəyə doldurub istifadə edə bilərsiniz, ancaq vedrədə hazırlayıb tətbiq etmək daha yaxşı nəticələr verir. Nərdivan, ya da kürsüdən istifadə edərək təmizləmək təhlükəli ola bilər. Uzun saplı təmizləmə aparatı istifadə etsəniz daha yaxşı olacaq. Süngər bezlə də təmizləyə bilərsiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com