Bunları bilmədiyinizə görə peşman olacaqsız - 10 həyat qurtaran məsləhət


Gündəlik həyatınızda qarşılaşdığınız  kiçik, amma zəhlətökən problemlərin öhdəsindən gəlmək üçün alternativ həll yolları mümkündür. 

bunlari-bilmediyinize-gore-pesman-olacaqsiz
09.01.2022 03:24 2 dəq oxuma

Sizə verəcəyimiz tövsiyələrlə həyatınızı daha da asanlaşdırmaq olar.

Beləliklə, TurpKimi.com  bilmədiyinizə görə peşman olacağınız 10 məsləhəti təqdim edir:

1. Boğaz qıdıqlanması:

Boğaz qıdıqlandığı zaman qulağınızı qaşıyın. Bununla da boğazınızdakı qıdıq keçəcək.

2. Ağcaqanad dişləməsi:

Ağcaqanadın dişlədiyi yer çox qaşınırsa, həmin yerə dezodorant sürtməniz qaşıntını kəsəcək.

3. Miqren ağrısı:

Miqren ağrılarının başladığı an əllərinizi buzlu suyun içinə qoyun və əsdirin. Bu ağrının şiddətlənməsinə mane olacaq.

4.Baş gicəllənməsi:

Yatanda belə başınızın döndüyünü hiss edirsinizsə, tək ayağınızı yerə basın. Bu vəziyyətdə beyniniz təkrar olduğunuz mövqeyi hesab edəcək.

5. Özünü yuxulu hiss etmək:

Özünüzü yuxulu hiss etdiyiniz vaxtlarda nəfəsinizi tuta bildiğiniz qədər tutun və buraxın.

6. Əzbərləmək:

Yaddaşınızın zəif olduğuna inanırsınızsa və sizi əzbərləməli olduğunuz bir mətn gözləyirsə, yatmazdan əvvəl mətni bir neçə dəfə oxuyun. Səhər oyandığınızda daha yaxşı xatırladığınızı hiss edəcəksiniz.

7. Qara nöqtələrin yaranması:

Üzdə qara nöqtələrin yaranmasının qarşısını almaq üçün duş qəbul edərkən isti axan suyu qəfldən soyuğa çevirin. Soyuq su, dəridəki məsamələrin bağlanmasına kömək edəcək və qara nöqtələrin yaranmasına mane olacaq.

 

8. Yeyəcəyiniz qidalardan istifadə:

Təzə yeməkləri şkafa yerləşdirmədən öncə üzərinə qeyd kağızları yapışdıraraq son istifadə tarixlərini yazın. Beləliklə bayat yemək istehlak etmərsiz.

9. Ayaqqabı çoxluğu

Ayaqqabılarınızı ayaqqabı qutularından çıxarmayın və üzərinə necə ayaqqabı olduğunu yazın. Bu sizi həm qarışıqlıqdan, həm də vaxt itkisindən xilas edəcək.

10.Son olaraq, insanlara "yox" deməyi öyrənin. 

Sevdikləriniz belə olsa başqasının yaşamaq istədiyi kimi yaşasanız, heç bir zaman özünüz olmağa fürsət tapa bilməzsiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 20-03-2019