Bəzi qida məhsullarını yuyaraq bakteriyalardan xilas olduğunuzu düşünürsünüzsə, təkrar nəzərdən keçirin.
Yeməkləri bişirməzdən əvvəl yumaq istəyi normaldır. Amma elə qidalar var ki, onları yuyarkən faydasından çox zərərini görə bilərik.
Turpkimi.com bişirməzdən əvvəl əsla yumayacağınız qidaların siyahısını təqdim edir:
Ev heyvanları
Toyuğu bişirməzdən əvvəl yumayın. Çünki yuyarkən bakteriyalar çoxalır və ətrafa yayılır.
Çiy toyuğu mətbəxdə yuyaraq dəzgahın üstü kimi təmiz səthlər də daxil olmaq üzrə bakteriyaları mətbəxinizin hər tərəfinə yaymış olursuz. Bakteriyalardan xilas olmağın tək təsirli yolu isə onu bişirməkdir.
Qırmızı ət
Qırmızı əti də yumaq olmaz. Ətrafa bakteriya yayılır və su ilə təmas etdikdə ətdən çıxan xüsusi buxar dadını korlayır. Əgər ürəyiniz rahat deyilsə ətin üstündəki nəmi dəsmalla yüngülcə götürün və ətrafdakı dəzgahın üstünü yaxşıca təmizləyin. Əti soyuducuda saxlayın.
Göbələklər
Göbələklər də çox uzun müddət su ilə təmas etdikdə dadını və keyfiyyətini itirən qidalardandır. Üstəlik tərkibi də dəyişə bilir. Göbələklər çox əmicidir, buna görə onları yuyarkən yüngül bir dəsmaldan istifadə edərək rezin kimi olmalarını önləyin.
Yumurtalar
Bəzi insanlar yumurtaları bişirməzdən əvvəl yuyurlar. Ancaq ticari olaraq satılan bütün yumurtalar təyin olunan standartlar çərçivəsində təmizlənər. Salmonella və ya qabıq içində ola biləcək digər bakteriyalardan qaynaqlanan qida zəhərlənmələrini önləmək üçün yumurta sarısı sərtləşənə qədər hər vaxt yumurtaları bişirdiyinizdən əmin olun.
Vüsalə Əlövsətqızı, TurpKimi.com