Ümumiyyətlə "yaxşı" və ya "pis" qida deyə bir şey yoxdur, hər qidadan ölçüsündə istifadə etmək lazımdır.
Sağlamlığınız üçün bəzi qidalardan qaçınmalısız. Hormonları tarazlamağa çalışan və ya xroniki xəstəliyi önləmək istəyən qadınlar üçün bəzi bəslənmə vərdişləri diqqətə alınmalıdır.
Bəzi qadınlar bu qidalardan qəti şəkildə uzaq durmalıdırlar.
TurpKimi.com qadınların yeməməli olduğu 6 qida haqqında detalları təqdim edir:
Bəzi yeməklər ümumilikdə insan sağlamlığı üçün zərərlidir. Qadın sağlamlığından bəhs ediriksə, xüsusilə bu 3 qidadan uzaq durmaq lazımdır. Ürək xəstəliyi qadınların bir nömrəli qatilidir. Təkcə 2013-cü ildə 289 mindən çox qadın ürək xəstəliklərindən həyatını itirib. Ürəyinizə və sümüklərinizə pis təsir edən bu yeməklərdən qaçınaraq sağlam həyat yaşamağınız mümkündür.
1-Donmuş peçenye
Ürək xəstəliyinin bir nömrəli düşməni təkcə şəkər deyil, eyni zamanda trans yağlardır. Amerika Səhiyyə Nazirliyinin işlənmiş qidalardakı trans yağları qadağan etməsinə baxmayaraq bir çox qablaşdırılmış qidada var. Məsələn, kərə yağlı biskvitlər. Etiketində trans yağ 0 olaraq göstərilsə də, soya paxlası yağından hazırlanır. Bu da biskvitlərdə təhlükəli yağın müəyyən miqdarda olduğu mənasını verir. Bu səbəblə dondurulmuş xəmir məhsullarını az miqdarda yeməyə çalışın.
2-Qəhvə kremi
Başqa bir hiyləgər trans yağ qaynağı da trans yağ ehtiva edən yağlarla hazırlanan və süd məhsulu olmayan qəhvə kremidir. Qəhvə kreminin tərkibində bunlar var: qarğıdalı siropu, soya paxlası, qismən pambıq toxumu. Bu cür işlənmiş yağlar cuzi miqdarda olsa da ürəyiniz üçün zərərli ola bilər. Süd məhsulu olmayan bir şey axtarırsınızsa, badam südü və ya hindqozu südünü sınaqdan keçirə bilərsiniz.
3- Marqarin
Marqarin kimi kərəyağı alternativləri ümumiyyətlə trans yağ qaynaqlarından əldə edilir. Marqarin, yalnız ürək xəstəliyinə səbəb olmur, həm də dərinin sürətlə yaşlanmasında xüsusi rol oynayır. Trans yağlar dərini ultrabənövşəyi radiasiyaya qarşı müdafiəsiz buraxır. Dəri erkən yaşlanır və dərin qırışıqlar yaranır.
4-Böyük fincanda qəhvə
Qəhvə ümumiyyətlə sağlamlıq üçün faydalıdır. Araşdırmalar uzun həyata, qayğını azaltmağa faydalı olduğunu üzə çıxardıb. Bir yetkin gündə 400 milliqram kafein istehlak edə bilər. Bu da 4 fincan qəhvə deməkdir. Ancaq çox qəhvə içmək, zamanla osteoporoza yol açacaq kalsium miqdarının azalmasına səbəb olur.
5-Yağsız süd
Süd D vitamininin ana qaynağıdır. D vitamini çəkinin azalmasına, depressiya ilə döyüşməyə və sümüklərin yeyilməsinin qarşısını almağa kömək edir. Ancaq D yağda həll olunan bir vitamindir, yəni sorulması üçün bir az yağa ehtiyacı var. Yağsız süd D vitamininin sorulmasını azaldır.
6-Konservləşdirilmiş tərəvəzlər
Konservləşdirilmiş tərəvəzlər axşam yeməyinin asan hazırlanmasında rol oynaya bilər. Bir çox tərəvəz konservi müxtəlif yemək və içki qablarında istifadə edilən sənaye baxımından kimyəvi element olan bisfenol A və ya BPA ehtiva edər. Araşdırmalara görə, BPA beyindəki hüceyrə funksiyasına və mərkəzi sinir sisteminin inkişafına pis təsir edir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com