Orucunuzu rahat keçirmək üçün bu qidalardan uzaq durun.
Ramazanda oruc tutan şəxslər gün ərzində acımamaq üçün sahurda yeyilən yeməklərin böyük əhəmiyyəti var. Odur ki, sahurda yeyilən qidalandırıcı və tez acıtmayan yeməklərlə orucu rahat keçirmə şansınız var. Gərək qan şəkəriniz artıran və sizi tez acımağa vadar edən qidalardan uzaq durmalısınız.
TurpKimi.com sahurda yeyildiyi zaman tez acıdan qidaları təqdim edir:
Sahurda nişasta və şəkər kimi tərkibində karbohirdatı yüksək olan qidaları yeyənlər bütün günü aclıq hiss edirlər.
Sahurda bal, mürəbbə və çörək üstünə yaxılan şokolad yedikdə qan şəkərinin sürətlə yüksəlməsinə və sürətlə aşağı düşməsinə səbəb olur. Bu isə tez acımağa gətirib çıxarır, həm də susadır.
Tərkibində nişasta olduğu üçün yeyildikdən bir müddət sonra yenidən aclıq hissi yaranır. Tez acıtmasından başqa, kartofun qızardılaraq yeyilməsi sağlamlığa da ziyandır.
Meyvələr tərkiblərində olan vitamin, mineral və liflə yanaşı, şirin də olurlar. Yeyildiyi zaman şəkərin qana keçməsi tez acımaya səbəb olur. Xüsusilə də oruc tutarkən qovun, qarpız və üzüm kimi tərkibində şəkəri çox olan meyvələrdən bir müddət uzaq durmağa çalışın.
Vitamin, mineral və liflə zəngin olan meyvələri iftardan 1 saat sonra və ya sahurda çox olmamaq şərtiylə içə bilərsiniz. Təzə sıxılmış meyvə suyunda olan şəkərin çoxluğu onu faydalıdan çox zərərli edə bilir. Meyvə suyu içdiyiniz zaman çoxlu miqdarda meyvə şəkəri sürətlə qanınıza qarışır. Qanda artan şəkərdən dolayı tez acıyacaqsınız. Qeyd edək ki, portağal, kök və alma suyu şəkəri yüksək olan təbii içkilərdir.
Yazılıb: 05.05.2019-cu ildə
Firuzə Alimova / TurpKimi.com