Saçlarınızı yumaq üçün istifadə edin.
Yağıntı sularının saçlara göstərdiyi təsirdən xəbərdar olsanız ondan qaçmaq əvəzinə özünüzü yağışın altına atacaqsınız. Çünki yağış suyunda saç sağlamlığını qoruyan və saça sağlamlıq verən xüsusi minerallar var.
TurpKimi.com xəbər verir ki, uzun müddət araşdırma aparan alimlər sonda bu qənaətə gəliblər.
Bildiriblər ki, evlərdə kranlardan axan suyla müqayisədə yağış suyu olduqca təbii və safdır.
Yağış suyundakı minerallar saçları qidalandırır, saçlara canlılıq qatır və yumşaq edir. Bundan əlavə yağış suyu sağlam saç böyüməsini təmin edir.
Hamımız şübhəsiz ki, ən azı bir dəfə güclü yağışa düşmüşük. Saçlarımızı qurutduğumuz zaman onların nə qədər yumuşaq olduğunun fərqinə varmamışıq.
Bu suyu əldə etmək üçün yağış yağan zaman boş qabı bayıra, damların axarlarına qoymaq yetərlidir. Bundan sonra həmin suyu qızdırın, saçlarınızı yumaq üçün istifadə edin.
Ancaq yağış suyundan bu şəkildə istifadə edərkən suyun təmiz olduğundan əmin olmalısınız. Çünki bəzi sənaye sahələrindəki çirkli hava yağış suyunu çirkləndirə bilər. Əgər sənaye müəssisəsi olan ərazilərə yaxın yerlərdə yaşayırsınısa, yağış suyundan istifadə etməyin.
TurpKimi.com